Qısa məzmun
Modenis LLC eManatİT layihələrinin idarə olunması və biznes analitika şöbəsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- IT siyasətlərin idarəedilməsi üzrə siyasət, təlimat və qaydaları tərtib etmək
- Biznes proseslərə əsaslanaraq beynəlxalq standartlara uyğun İT proseslərinə olan tələbləri müəyyənləşdirmək
- Korporativ dəyərlərə əsasən siyasətlərin icrası üzrə nəzarəti təşkil etmək, biznes hədəflərinə uyğunluğunu təmin etmək
- İT siyasətlərin icrası üzrə nəzarət etmək, siyasətlərin icrasını təmin etmək üçün fəaliyyəti təşkil etmək
- Siyasət və prosedurların təkmilləşdirilməsi üzrə təkliflər vermək
Texniki tələblər:
- Kompüter Elmləri, İnformasiya Sistemləri üzrə bakalavr və ya magistr dərəcəsi (üstünlük verilir)
- ISO27K və ITIL, ISO20000 üzrə müvafiq sertikatların olması
- İngilis və Rus dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması)
Bacarıqlar:
- Sənədləri tərtib etmə və işləmə qabiliyyəti
- Analitik təhlil bacarığı
- İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsi üzrə bacarıq
- Komanda şəklində işləmə bacarığı
- Daimi olaraq yeni İT biliklərinin mənimsənilməsi bacarığı və yeniliyə həvəsli olmağı
- Qeyd edilmiş texniki tələblər üzrə bilik və təcrübə səviyyəsi
İş şəraiti:
- Ofis daxili;
- İş rejimi həftənin 5 günü;
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar yeməyinin təmin olunması;
- “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi cv@emanat.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “İT Siyasətlərin idarəedilməsi mütəxəssisi” yazılmalıdır.