Qısa məzmun
Ə/h razılaşma yolu ilə. PASHA Bank İlkin Texniki Dəstək Qrupunun Kiçik Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Funksiya: Əməliyyatlar
Department: İnformasiya Texnologiyaları
Şöbə: İT Əməliyyatları
Qrup: İlkin Texniki Dəstək
Tabeçilik: Qrup rəhbəri
Vəzifənin məqsədi
Bütün sorğuları qeydiyyata alaraq yüksək səviyyədə xidmət göstərmək.
Vəzifə Öhdəlikləri:
- Bütün müştəri sorğuları üçün birinci əlaqəli şəxs olmaq.
- Telefon vasitəsilə texniki dəstək mərkəzinə daxil olan bütün iş ilə bağlı sorğuların qeydiyyatını aparmaq.
- Gündəlik müştəri şikayətlərini (hesabın açılması/parolların yenidən quraşdırılması)/sorğularını qeydiyyata almaq, onlara nəzarət etmək və həll etmək.
- Mərkəzi texniki dəstək sorğu sistemi tərəfindən daxil olan iş ilə əlaqəli sorğulara baxılmasını prioritetləşdirmək.
- Texniki dəstək sistemindən səmərəli və düzgün istifadəni təmin etmək üçün müştərilərə məsləhət vermək.
- Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti,
- SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
- Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
- Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar
Tələb edilən bilik, bacarıq və təcrübə:
- Təhsil: İnformasiya texnologiyaları və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;
- İş təcrübəsi: müvafiq sahə üzrə minimum 0-1 il iş təcrübəsi;
- Xarici dil (arzuolunan): İngilis dili, Rus dili;
- Kompüter bilikləri: Microsoft OS və Office;
- Məhsul biliyi: Texniki dəstək sistemi;
- Bazar biliyi: İnzibati / texniki dəstək üzrə təcrübə;
- Digər: Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları, iş yoldaşları ilə effektiv işgüzar münasibət yaratmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini recruitment@pashabank.az elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “İlkin Texniki Dəstək Qrupunun Kiçik Mütəxəssisi” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. Işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Oxşar vakansiya siyahısı:
https://qlor.me/m7byl3sgdk Təsvir Ensure the bank’s information security; Regularly check and evaluate networks and systems to identify security vulnerabilities; M ...
İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə kiçik mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Yelo Bank ASC Korporativ idarəetmə üzrə kiçik mütəxəssis / mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aztelekom MMC QA Manager vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Aparıcı proqramçı (PL/SQL üzrə) vəzifəsinə işə qəbul elan edir. ...
Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...