Qısa məzmun
Müasir tipli Peşə Təhsili Mərkəzi İmtahanların təşkili üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Mərkəzdə keçiriləcək imtahanlara hazırlıq prosesinin təşkil olunması;
- Müsahibələrin keçirilməsi üçün lazım olan sənədlərin hazırlanması və aidiyyatı üzrə nizamlanması;
- İmtahan otaqlarının hazırlığını yoxlamaq, avadanlıqların (kompüter, veb-kamera) hazır vəziyyətdə olmasını təmin etmək;
- İmtahan materiallarını arxivləşdirmək;
- Mərkəzdə keçirilmiş kursların müdavimlərinin beynəlxalq sertifikat alması üçün üçüncü tərəf qiymətləndirmə şirkətinin seçilməsi və cəlb olunması prosesində iştirak etmək;
- İmtahanların keçirilməsinin təşkili və sertifikatlaşma prosesində iştirak etmək;
- Tələbələrin imtahana buraxılışlarının, imtahanlarda iştirakları prosesinin düzgün və vaxtında aparılması işinin koordinasiya edilməsi;
- Mərkəzin daxilində akademik keyfiyyətin təminatı şurası ilə şıx əməkdaşlıq qurur;
- Keçirilən imtahanların nəticələrinin qiymətləndirilməsində iştirak etmək;
- İmtahan iştirakçılarının nəticələrinin düzgün və qəbul olunmuş prosedur qaydalara əsasən açıqlamaq;
- İmtahan prosesinin beynəlxalq standartlara əsasən təşkil olunmasına nəzarət etmək;
- Keçirilmiş imtahan və iştirakçılar ilə bağlı vahid elektron bazanın yaradılması;
- Hər bir imtahan otağı üçün oturma planlarının hazırlanması;
- Tələbələr və iştirakçılar üçün imtahan cədvəllərinin hazırlanması;
- Məxfi olan imtahan materiallarının qəbul edilməsi, yoxlanılması və prosedurlara əsasən saxlanılması;
- İmtahanların həyata keçirilməsi zamanı baş verə biləcək qayda, qanun və hüquq pozuntuları haqqında prosedurların hazırlanması;
- İmtahanların keçirilməsi zamanı baş verən pozuntuların qeydiyyata alınması, bu pozuntular haqqında qanunla və daxili təlimat ilə nəzərdə tutulan qaydada presedurların həyata keçirilməsilə bağlı təkliflərin rəhbərliyə təqdim olunması;
- İmtahan sertifikatlarının hazırlanması.
Bilməlidir:
- Azərbaycan Respublikasının qanunlarını;
- Müvafiq sahə üzrə beynəlxalq standartları və onların tətbiqini;
- Əməyin təşkilinin əsaslarını;
- Daxili əmək intizamı qaydalarını;
- Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını
Tələblər:
- Ali təhsil, müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi
- Ms Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması;
- Azərbaycan dili mükəmməl, İngilis dili və rus dilini işlək səviyyədə bilməlidir.
Əmək şəraiti:
- İş saatları: 1-5 günlər saat 09:00-18:00
- Əmək qanunvericiliyinin bütün tələblərinin icrası
- Əmək haqqı 1 500 (Bir min beş yüz) manat
Maraqlı olanlar CV-ni “İmtahanların təşkili üzrə mütəxəssis” başlığı ilə office@universitasinternational.com ünvanına göndərə bilər.
Oxşar vakansiya siyahısı:
“Azəraeronaviqasiya” İngilis dili üzrə təlimatçı
Azərbaycan Hava Yolları Azəraeronaviqasiya İngilis dili üzrə təlimatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
İngilis dili müəllimi
Vision Academy İngilis dili müəllimi vəzifəsi üzrə vakansiya elan edir. ...