Qısa məzmun
PASHA Life İnformasiya təhlükəsizliyi departamentinin kiber analitika üzrə kiçik mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 07 sentyabr 2022
Vəzifə Öhdəlikləri:
- İnformasiyanın qorunması üzrə görülmüş tədbirlərin effektivliyinin qiymətləndirilməsində iştirak edilməsi və nəzarəti həyata keçirilməsi;
- İnformasiya təhlükəsizliyinin təmin olunması və idarə olunması üzrə üsul və vasitələr müəyyənləşdirilməsində iştirak edilməsi;
- Cəmiyyətin informasiya aktivlərinin təsnifləşdirilməsi və onların qorunması üzrə prinsiplər hazırlanmasında iştirak edilməsi;
- Xidmət təchizatçılarının va tənzimləyicilərinin informasiya təhlükəsizilyi tələblərinin tətbiqi;
- İnformasiya Təhlükəsizliyi üzrə monitorinq funksiyalarını yerinə yetirmək.
Namizədə olan tələblər:
- İş təcrübəsi: Tələb olunur.
- Təhsili/ixtisası: İnformasiya Təhlükəsizliyi və ya İnformasiya Texnologiyaları üzrə bakalavr dərəcəsi
- Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili:orta, Rus dili:orta
- Kompüter bilikləri: MS Office: orta
- Üstünlüklər: İnformasiya Təhlükəsizliyi və ya İnformasiya Texnologiyaları üzrə iş təcrübəsi
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, komanda işi və əməkdaşlıq, biznes tərəfdaşlığı, inam yaratma, geniş perspektiv, dəyişikliklərə uyğunlaşma
İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır