Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Veysəloğlu Şirkətlər Qrupu İnformasiya Təhlükəsizliyi Şöbəsinin Müdiri vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- İnformasiya sistemlərinin təhlükəsizliyi risklərinin periodik qiymətləndirilməsini təşkil etmək
- Baş vermiş əsas təhlükəsizlik insidentlərini araşdırmaq və qarşısının alınması üçün tədbirlər görmək
- Loqların tətbiqi sistemlərinə və mexanizmlərinə nəzarət etmək
- Şirkətdə məlumatların sızmasına qarşı mühafizə sistemlərinin və nəzarətlərinin tətbiqini təşkil etmək
- İnformasiya resurslarının əlçatanlığı, məxfiliyi və tamlığına təsir edən təhlükəsizlik insidentlərini idarə etmək
- Şirkətin fəaliyyətinin informasiya təhlükəsizliyinin siyasəti ilə uyğunluğunu təmin etmək
Tələblər:
- Ali təhsil;
- İnformasiya Təhlükəsizliyinin idarə edilməsi üzrə minimum 2 (iki) il iş təcrübəsi;
- İnformasiya təhlükəsizliyi sahəsində beynəlxalq sertifikatların olması;
- SİEM və DLP həlləri ilə bağlı təcrübə;
- Antivirus və EDR həlləri ilə təcrübə;
- Vulnerability scanning proqram təminatı ilə təcrübə;
- Şəbəkə təhlükəsizliyinin qurulması ilə bağlı təcrübə;
- Azure Cloud biliklərinin olması üstünlükdür;
- Azərbaycan və ingilis dili üzrə dil bilikləri
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “İnformasiya Təhlükəsizliyi Şöbə Müdiri” yazmaqla, öz CV-lərini göndərə bilərlər.