İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Modenis LLC eManat İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi şirkət tərəfindən verilir.

Vəzifə öhdəlikləri:

  • İnformasiya təhlükəsizliyi üzrə beynəlxalq standartları araşdırmaq və şirkətə faydalı olan tövsiyələrin tətbiqini qiymətləndirmək
  • Informasiya təhlükəsizliyi üzrə strategiyanın təkmilləşdirilməsi üzrə məsləhət və təkliflərini vermək
  • Müəyyən olunmuş risklərə əsasən informasiya təhlükəsizliyi siyasət, standart və təlimatları tərtib etmək
  • Siyasət və təlimatların əhatə sahəsi üzrə zəiflikləri mütəmadi yoxlamalarla müəyyən etmək
  • Fövqəladə insidentləri, informasiya təhlükəsizliyi hadisələri və informasiya təhlükəsizliyi insidentlərini araşdırmaq və onların həlli üzrə təkliflər vermək
  • Tətbiq olunan və olunması planlaşdırılan yeni texnologiyalar ilə əlaqədar risklərin müəyyənləşdirilməsi üzrə araşdırma aparmaq, onların aradan qaldırılması üzrə təkliflər vermək
  • İT təhlükəsizlik funksiyasının yerinə yetirilməsinə nəzarət etmək, təkmilləşdirmə üzrə təkliflər vermək
  • Xarici və daxili audit tədbirlərində iştirak etmək, müvafiq informasiyanın təqdim olunmasını təmin etmək
  • Texniki tələblər:
  • Kompüter Elmləri, İnformasiya Sistemləri üzrə bakalavr və ya magistr dərəcəsi (üstünlük verilir)
  • ISO27K, ITIL və ISO20000 üzrə müvafiq sertikatların olması
  • İngilis və Rus dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması)

Bacarıqlar:

  • Sənədləri tərtib etmə və işləmə qabiliyyəti
  • Analitik təhlil bacarığı
  • İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsi üzrə bacarıq
  • Komanda şəklində işləmə bacarığı
  • Daimi olaraq yeni İT biliklərinin mənimsənilməsi bacarığı və yeniliyə həvəsli olmağı
  • Qeyd edilmiş texniki tələblər üzrə bilik və təcrübə səviyyəsi

İş şəraiti:

  • Ofis daxili;
  • İş rejimi həftənin 5 günü
  • Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
  • Əmək haqqının 15 gündən bir ödənilməsi;
  • Tibbi sığorta təminatının verilməsi;
  • Nahar yeməyinin təmin olunması;
  • “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;

Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi cv@emanat.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis” yazılmalıdır.

Oxşar vakansiya siyahısı:

QA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis)

Kontakt Home QA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

18.11.2024 - Bakı

Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

18.11.2024 - Bakı

2000 — 3000 ₼
Proqramçı

Do IT şirkəti Proqramçı vəzifəsi üzrə vakansiya elan edir. ...

DO IT

14.11.2024 - Bakı

İT mütəxəssis

  Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası İT mütəxəssisi vəzifəsi üzrə vakansiyasi elan edir. ...

Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası

07.11.2024 - Bakı

Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

04.11.2024 - Bakı

Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

31.10.2024 - Bakı