Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azerconnect LLC İnformasiya Təhlükəsizliyi üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Səlis Azərbaycan və İngilis dili bilikləri olmalıdır.
Vakansiya haqqında:
İdarə : Daxili İnformasiya Təhlükəsizliyi İdarəsi
İş qrafiki : Standart
İş müddəti : Daimi
İş yeri : H.Əliyev 106A
Son müraciət tarixi : 31.03.2020
Sizin əsas vəzifə öhdəlikləriniz
- Şirkət məlumatlarının və şəbəkə vəsaitlərinin qorunması üçün müvafiq hüquqi tələblərə uyğun olaraq lazımi tədbir və prosedurları tədbiq etmək.
- Layihələrin planlaması, nəzarəti və icrası zamanı İnformasiya Təhlükəsizliyinin nəzərə alınması.
- Şəbəkə və məlumatların şirkətin təhlükəsizlik siyasətinə uyğunluğunu təmin etmək.
- İnformasiya Təhlükəsizliyi ilə bağlı insidentləri idarə etmək və daxili və xarici araşdırmalara dəstək olmaq.
- Müvafiq təhlükəsizlik prosedurları, standartları və qaydalarını müəyyən etmək və onların təhlükəsizlik konsepsiyasına müvafiq icrasını təmin etmək.
- 3-cü tərəf şirkətlərlə olan əməkdaşlığa dair təhlükəsizlik yoxlamaları aparmaq, İT/Şəbəkə məhsullarının təchizatçıları ilə olan müqavilələrin İKT təhlükəsizliyinə uyğunluğunu nəzərdən keçirmək.
- Məxfi informasiyanın mümkün olan sızma kanallarını aşkar etmək və aradan qaldırmaq.
Sizdən tələb olunan təhsil və iş təcrübəsi
- Ali təhsil (İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi və ya Tətbiqi Riyaziyyat sahəsi üzrə təhsilə üstünlük verilir)
- Informasiya Texnologiyaları, Şəbəkə İnzibatçısı, Telekommunikasiya və ya Təhlükəsizlik sahəsində 3 ildən artıq təcrübəyə üstünlük verilir.
Sizdən tələb olunan bacarıq və səriştəliklər
- Şəbəkə və sistemlərin idarə edilməsi bacarıqları
- CCNP, CCNA Security sertifikatlarının olması arzuolunandır
- MPLS və DWDM texnologiyaları üzrə biliklərin olması arzuolunandır
- Müxtəlif əməliyyat sistemləri, proqram təminatları, UNIX, Windows, Mac, ERP sistemləri və serverlər üzrə məlumatlı olmaq
- C, Python, PHP, JavaScript, Ruby, Bash scripting və s kimi ən populyar dillərdə yazma bacarığı arzuolunandır.
- Şəbəkə trafiki analizini anlamaq
- Bütün əsas informasiya təhlükəsizliyi sahələri üzrə anlayışlar: İznlərə nəzarət sistemləri, kataloq xidməti sistemləri, proqram təminatlarının təhlükəsizliyi, sistemlərin yaradılması və inkişafı, kriptoqrafiya texnologiyaları, məlumat və sistemlərinin tamlığına nəzarət, şəbəkə və internet təhlükəsizliyi və s.
- Müstəqil işləmək bacarığı və riskləri, potensial problemləri menecerə çatdırma qabiliyyəti;
- Səlis Azərbaycan və İngilis dili bilikləri
Müraciət etmək üçün:
CV-nizi recruitment@azerconnect.az e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda “İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.