Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azericard İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Rus və İngilis dilləri arzu olunandır.
“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir.
Hal hazırda aktiv olan vakansiya: İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
- İT təhlükəsizlik servislərinin proqram-texniki vasitələrinə texniki dəstək, texniki müşayiət (inzibatçılıq) və monitorinq;
- İT təhlükəsizlik servisləri üzrə yeni proqram-texniki vasitələrinin tətbiqi;
- “SOC – Security operations Center” – istifadə edən informasiya təhlükəsizliyi proqram-texniki alətlərinin effektivliyinin artırılması “policy tuning”, “rule tuning”;
- İnformasiya təhlükəsizliyi üzrə tələblərin (siyasət, prosedur, qaydalar və s.) icrasına və standartların tətbiqinə nəzarət;
- “SOC” fəaliyyətində iştirak;
- İnformasiya təhlükəsizliyi üzrə insidentlərinin araşdırmasında (“incident investigation”, “insident forensics”) iştirak;
- İnformasiya təhlükəsizliyi insidentlərinə cavab-vermə prosesində (“ISIRT”, “Incident response”) iştirak;
- İnformasiya Təhlükəsizliyi İnsidentlərinin sənədləşdirilməsində iştirak.
Tələblər:
- İnformasiya təhlükəsizliyi sahəsində mütəmadi inkişaf etmək, öyrənmək istəyi;
- Ali təhsil;
- İnformasiya təhlükəsizliyi və ya proqramlaşdırma və ya sistem/şəbəkə inzibatçılığı sahəsində üzrə minimum 2 il iş təcrübəsi;
- Müasir təhlükələrə, boşluqlara və mühafizə texnologiyalarına dair biliklər;
- Beynəlxalq İnformasiya təhlükəsizliyi sahəsində standartlar, təcrübələr haqqında biliklərin olması;
- Təhlil bacarıqları, məsuliyyətlilik, təşkilatçılıq qabiliyyəti, dəqiqlik;
- Azərbaycan dili səlis, rus və texniki ingilis dillərini yaxşı səviyyədə bilməsi.
Namizədlərdən CV-lərini “İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis” mövzusu ilə hr@azericard.com ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
https://qlor.me/m7byl3sgdk Təsvir Ensure the bank’s information security; Regularly check and evaluate networks and systems to identify security vulnerabilities; M ...
İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə kiçik mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Yelo Bank ASC Korporativ idarəetmə üzrə kiçik mütəxəssis / mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aztelekom MMC QA Manager vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Aparıcı proqramçı (PL/SQL üzrə) vəzifəsinə işə qəbul elan edir. ...
Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...