Qısa məzmun
PASHA Insurance şirkəti İnformasiya Təhlükəsizliyi üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzi̇fə və Öhdəli̇kləri̇:
- İnformasiya təhlükəsizliyinə aid alətlərinin köməyi ilə məlumat sistemlərinin təhdid doğurucu vəziyyətlərin aşkarlanması və hesabatın hazırlanması;
- İnformasiya Sistemlərində istifadəçilərin və administratorların girişlərinə və səlahiyyətlərinə nəzarət edilməsi;
- Aşkarlanmış boşluqların aradan qaldırılması üçün İT və İnformasiya Təhlükəsizliyi komandaları ilə sıx işləmək;
- DLP, PAM, NGFW, WAF, Endpoint Securty, Azure Security & Complience, IDS/IPS, SIEM və s. informasiya təhlükəsizliyi sahəsində mövcud olan sistemlərin qurulması, sazlanması və idarə edilməsi;
- Biznes üçün kritik verilənlərin inventar, təsnifat və identifikasiyasının müəyyən olunması üçün lazımi tədbirlərin görülməsi;
- Rəqəmsal infrastrukturun bir neçə sahə üzrə müdafiəsi üçün nəzərdə tutulmuş məhsulların gündəlik monitorinqinin aparılması, hesabatın çıxarılması və analizi
Bi̇li̇k və Bacarıqlar:
- İnformasiya Texnologiyaları və ya İnformasiya Təhlükəsizliyi sahəsi üzrə ali təhsil;
- İnformasiya Texnologiyaları və ya, İnformasiya Təhlükəsizliyi sahəsində ən azı 2 il, iş təcrübəsi;
- Azərbaycan və İngilis dili əla, Rus dili üstünlükdür;
- Əməliyyat sistemləri Windows Server, Windows, Linux üzrə yaxşı biliyi;
- PAM, DLP, SIEM, WAF, IDS/IPS və Azure Security & Complience sistemləri ilə iş təcrübəsi;
- Təhlükəsizliyin təmin edilməsi sistemlərinin iş prinsiplərini anlamaq və ümumi şəbəkə təhlükəsizliyi haqqında məlumata sahib olmaq;
- Osquery, MITRE, Yara, Sysinternals ilə tanış olması arzuolunandır;
- Müxtəlif proqramlaşdırma dilləri (.NET, C#, Python, Javascript və.s) ilə tanış olması arzuolunandı;
- OWASP mobil və veb metodologiyası tanış olması arzuolunandır;
- ISO27001, CIS, NIST və ya DISA qabaqcıl təcrübələrdən biri ilə tanış olması arzuolunandır;
- Analitik düşüncə və stresə dözümlü olmaq bacarığı;
- Texniki konsepsiyada olan problemləri və fikirləri digər şəxslərə çatdırmaq bacarığı (texniki biliklərə malik və yaxud əksinə, texniki biliklərə malik olmayan şəxslərə);
- Ünsiyyətqurma və komandada işləmək bacarığı;
- Səbrli və soyuqqanlı olmaq bacarığı.
Son müraciət tarixi: 31 may 2022.
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin.
Oxşar vakansiya siyahısı:
https://qlor.me/m7byl3sgdk Təsvir Ensure the bank’s information security; Regularly check and evaluate networks and systems to identify security vulnerabilities; M ...
İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə kiçik mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Yelo Bank ASC Korporativ idarəetmə üzrə kiçik mütəxəssis / mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aztelekom MMC QA Manager vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Aparıcı proqramçı (PL/SQL üzrə) vəzifəsinə işə qəbul elan edir. ...