Qısa məzmun
Ə/h 2200-2500 AZN. Modenis LLC eManat İnformasiya təhlükəsizliyi üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi şirkət tərəfindən verilir.
Vəzifə öhdəlikləri:
- İnformasiya təhlükəsizliyi üzrə siyasət və standartların müəssisəyə tətbiqi və təkmilləşdirilməsi;
- İnformasiya təhlükəsizliynin təmin edilməsi üçün siyasət, qayda, prosedur və təlimat üzrə işlərin yerinə yetirilməsi , nəzarət mexanizminin qurulması və bu sahədə normativ-hüquqi bazanın inkişaf etdirilməsi ;
- Müəssisədə informasiya təhlükəsizliyinin ölçmə meyarlarının müəyyən edilməsi və uyğunluğunun yoxlanılması;
- İnformasiya təhlükəsizliyi üzrə hesabatların hazırlanması;
- İnformasiya təhlükəsizliyi insidentlərinə müdaxilə və onların idarə olunması;
- İnformasiya təhlükəsizliyinə dair prosedurların , mexanizmin və ölçmə meyarlarının test olunması;
- İnformasiya təhlükəsizliyi üzrə monitorinq və təhlillərin aparılması;
- Məlumatların klassifikasiyasını həyata keçirmək;
- İT resurslarında istifadəçi hüquqlarının müəyyən edilməsi və bu istiqamətdə periodik müşahidələrin aparılması;
- İnformasiya təhlükəsizliyi üzrə müxtəlif monitorinq sistemlərində nəzarətin həyata keçirilməsi;
- Yeni informasiya təhlükəsizliyi sistemlərinin test edilməsi, tətbiqi üçün siyasətlərin müəyyən edilməsi;
- Kriptoqrafik açarlar və sertifikatlarla işin aparılması və onlara nəzarət;
- İnformasiya sistemlərinin zəifliklərinin və onlara qarşı olan təhlükələrin aşkar olunması, təhlili və bunların qarşısını almaq üçün
- dbirlərin həyata keçirilməsində iştirak etmək;
- Əməkdaşların informasiya təhlükəsizliyi tələblərinə riayət etmələri üzrə yoxlamalarda və xidməti araşdırmalarda iştirak etmək;
- Əməkdaşların müəssisə resurslarında informasiya təhlükəsizliyi qaydalarına əməl etməsi üçün maarifləndirmə işlərinin təşkili;
- Əməkdaşların informasiya təhlükəsizliyini təmin edəcək tələbnamələrinin tərtib olunması və izlənilməsi;
- Proqram təminatının nəzarəti və qurulmasını həyata keçirir;
- İT resursları üzrə bütün dəyişikliklərinin qeydlərinin təhlili;
- İT resurslarına giriş hüquqlarının verilməsinə və istifadəsində müşahidələrin aparılması;
- İT infrastrukturunda təkmilləşdirmə işlərinin bütün mərhələlərində (layihələndirilməsi, hazırlanması, tətbiqi, sınaqdan keçirilməsi, qəbulu, istismarı və istismardan çıxarılması) informasiya təhlükəsizliyinin təmin olunması məsələləri üzrə tələblərin irəli sürülməsi;
Namizədə qoyulan tələblər:
- Ali təhsil (Kompüter Elmləri, İnformasiya Sistemləri üzrə bakalavr və ya magistr dərəcəsi olanlara üstünlük veriləcək)
- Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
- Komanda şəklində işləmə bacarığı;
- Yüksək analitik düşüncə, riyazi təhlil qabiliyyəti və problemləri həlletmə bacarığı;
- Yüksək üsniyyətqurma qabiliyyəti;
- Məxfilik, diqqət, təhliletmə qabiliyyəti;
- İT təhlükəsizliyi həlləri üzrə biliklərin olması;
- Dil bilikləri: Azərbaycan dili – Səlis danışıq, oxuma və yazmaq; İngilis dili – Intermediate, Rus dili – B1. ;
- Müvafiq sahə üzrə sertifikatları olması arzu olunandır
İş şəraiti:
- Ofis daxili;
- Əmək haqqı 2200-2500 AZN
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar təminatının qarşılanması;
- “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi.
Maraqlananlardan xahiş olunur öz CV-lərinizi cv@modenis.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq.
Oxşar vakansiya siyahısı:
https://qlor.me/m7byl3sgdk Təsvir Ensure the bank’s information security; Regularly check and evaluate networks and systems to identify security vulnerabilities; M ...
İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə kiçik mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Yelo Bank ASC Korporativ idarəetmə üzrə kiçik mütəxəssis / mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aztelekom MMC QA Manager vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Aparıcı proqramçı (PL/SQL üzrə) vəzifəsinə işə qəbul elan edir. ...
Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...