Qısa məzmun
Millikart LLC İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis (SİEM) vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali təhsil
- İT əməliyyatları və ya kibertəhlükəsizlik üzrə 1-2 il iş təcrübəsi
- Azərbaycan, Rus dillərini yaxşı səviyyədə , İngilis dilini texniki terminləri anlayacaq səviyyədə bilməli
- SIEM, Şəbəkə və sistem təhlükəsizliyi və digər təhlükəsizlik sistemləri üzrə bilikləri olmalı
- Linux/Windows ƏS, Syslog, http jurnalları, DB jurnalları üzrə biliklər üzrə biliklər arzu olunandır
- Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı olmalı
- Ünsiyyətqurma və komandada işləmək bacarığı olmalı
Vəzifələr:
- İnsidentlərin aşkarlanması və analiz olunması
- İnformasiya resurslarına giriş hüquqlarının təmin edilməsinə və onların istifadəsinə nəzarət
- Şirkətdə İT təhlükəsizliyinin standartlarının və prosedurlarının tədbiq edilməsində dəstək
- Müxtəlif vasitələrdən daxil olan məlumatlara əsaslanaraq şübhəli halların araşdırılması
- Jurnal (log) faylların təhlili və kiber-insidentlərin qarşısının alınmasında dəstək
İş qrafiki:
- I-V günlər, saat 09:00-dan 18:00-dək
- İstirahət günləri – şənbə və bazar
Əmək haqqı namizədin bilik və bacarığından asılı olaraq 1200 – 1500 azn.
Müraciət etmək istəyən namizədlər CV-ləri e-mailinə göndərə bilərlər.