Qısa məzmun
Mover LLC İnformasiya Texnologiyaları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə dair tələblər:
- İş təcrübəsi: Minimum 3-5 il
- Texniki rus və ingilis dili biliyi vacib şərtdir
- Əməliyyat sistemlərini bilməli (format etmək və s.) Windows 7, 10
- MS Server əməliyyat sistemləri üzrə biliklər
- Şəbəkə avadanlıqları (Hub-Switch-Router) CCNA səviyyədə biliklər; Qoşma, sazlama, problemin təyin edilməsi.
- Şəbəkə kabelləri üzrə biliklər və sonlandırma işlərin bacarmalı;
- DVR , NVR və CCTV Kameraların işləmə prinsipi üzrə biliklər (İP+Analoq);
- 1C proqramının istifadəçi komputerlərinə yazılması və sazlanması bacarığının olması
- AD Domain Controller işləri üzrə ən azı 1 illik iş təcrübəsi;
- Backup sistemləri üzrə biliklər
- Şəbəkə printerləri və share folder üzrə biliklər;
- Şəbəkə strukturunun işləmə prinsipini və kompüterlərin daxili qurğularının işləmə prinsipini bilməli;
- Kompüterlərin ehtiyatlarının yoxlanılması və təmiri, həmçinin məlumatların arxivləşdirmə və klonlama prinsiplərini bilməli;
- Serverləri tanımaq, ehtiyyat hissələrini tanımalı və dəyişə bilməli
- Ezamiyyətlərə gedə bilməli.
İşin təsviri:
- Yeni əməkdaşların ehtiyacına uyğun proqramların qurularaq təslim edilməsi;
- Köhnə proqram təminatının yeni versiyalarla əvəzlənməsi prosesini həyata keçirməsi;
- İT cihazlarında çıxan fiziki nasazlıqların aradan qaldırılması üçün yeni hissələrlə əvəz edilməsi;
- Printer, Scaner və s kimi avadanlıqların quraşdırılması;
- Kompüter, proqram təminatı ilə bağlı məsələlər üzrə şirkət işçilərinə dəstək verilməsi;
- Kompüterlərin formatı-driverlərin yüklənməsi-printerlərin quraşdırılması (Vacib şərtdir);
- PC, notebook, MS Windows əməliyyat sistemi ilə çalışan digər cihazların test edilməsi;
- Yeni açılan ofislərin İT infrastruktrunun (mağaza, anbar, iş yerləri və s.) hazırlanması.
QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq.
Mənbə: jobsearch.az