Qısa məzmun
Enginet LLC İnformasiya Texnologiyaları üzrə İnteqrasiya və inkişaf şöbəsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- İnformasiya texnologiyaları bazarında internet üzərindən təqdim olunan məhsul və xidmətlər haqqında tam məlumatlı olmaq;
- Yeni texnologiyaların tətbiqi və inkişafı;
- Müştərilərin məmnuniyyətinin artırılması məqsədilə texniki cəhətdən yeni, effektiv (optimal) və etibarlı həll yolları təklif etmək;
- Korporativ potensial müştərilər ilə görüşərək yeni biznes layihələri əldə etmək;
- Yeni İT xidmətlərin şirkətin mövcud sisteminə inteqrasiyasını təmin etmək (inteqrasiya xidmətləri)
- Korporativ qoşulmaların koordinasiyasını həyata keçirmək;
- Yeni İT məhsulların tətbiqi və inkişafı, eləcə də, mövcud məhsulların təkmilləşdirilməsi;
- İnteqrasiya və gələcək inkişaf istiqamətini müəyyənləşdirmək;
- Biznesin inkişafı üçün məqsədlərin hazırlanması və onların yerinə yetirilməsini təmin etmək;
- Tabeçiliyində olan İşçi heyətinin təlimlərlə təmin edilməsi və onların bacarıqlarının daim inkişaf etdirilməsi.
Namizədə verilən tələblər:
- Ali təhsil;
- Müvafiq vəzifədə minimum 2 illik iş təcrübəsi;
- Azərbaycan dili və rus dili yüksək səviyyədə (şifahi və yazılı), ingilis dili orta səviyyədə;
- MS Windows Server, Active Directory, Domain Hosting, VMware
- Ünsiyyət qura bilmə bacarığı;
- Təqdimetmə bacarığı;
- Heyətin idarəedilməsi;
- CCNA sertifikatının olması üstünlükdür;
- İş qrafiki: 5 günlük, I-V günlər, saat 09:00-18:00.
- Əmək haqqı müsahibə zamanı razılaşma əsasında müəyyən ediləcək.
Müraciət qaydası:
CV-nizi elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını – “İnteqrasiya və inkişaf şöbəsinin rəhbəri” yazmaqla göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
https://qlor.me/m7byl3sgdk Təsvir Ensure the bank’s information security; Regularly check and evaluate networks and systems to identify security vulnerabilities; M ...
İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə kiçik mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Yelo Bank ASC Korporativ idarəetmə üzrə kiçik mütəxəssis / mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aztelekom MMC QA Manager vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Aparıcı proqramçı (PL/SQL üzrə) vəzifəsinə işə qəbul elan edir. ...
Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...