Qısa məzmun
Kontakt Home Informasiya və Kommunikasiya texnologiyaları departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir.
Link: https://qlor.me/lfm8t7t9
Təsvir
- Departament hədəflərinə çatmaq üçün proqram təminatının, şəbəkə sistemlərinin, proqramlaşdırma əməliyyatlarının strategiyasının formalaşdırılması;
- Baş ofis və mağazalar arasında informasiya axını sisteminin düzgün qurulmasını və sabit işinin təşkili;
- Yerləşdirmə, monitorinq, texniki xidmətin aktiv şəkildə idarə edilməsi. Serverlər, kompüterlər, əməliyyat sistemləri, proqram təminatı daxil olmaqla bütün İT sistemlərinin inkişafı, təkmilləşdirilməsi və dəstəklənməsinin təmin edilməsi;
- Şirkətin sabit IT infrastrukturunun, korporativ təhlükəsizlik standartlarının hazırlanması və icrasına nəzarət edilməsi;
- Aparat və proqram təminatı xərclərinin qiymətləndirilməsinin həyata keçirilməsi;
- Server avadanlığının idarə olunması, lazımi halda yenilənməsi;
- İT layihələri çərçivəsində əsaslı nəticələr çıxararaq, aydın, yığcam yazılı hesabatlar hazırlaması və effektiv şifahi təqdimatların edilməsi;
- Departament daxilində heyətin planlaşdırılması, təşkili, istiqamətləndirilməsi və idarə edilməsi;
- İT üçün strateji istiqamətin və məqsədlərin müəyyən edilməsi.
İş şəraiti:
- İş qrafiki: I-V günlər, 09:00-18:00;
- Rəqabətqabiliyyətli əmək haqqı.
Tələblər
- Ali təhsil (İnformasiya Texnologiyaları/Riyaziyyat üzrə təhsil üstünlükdür);
- Azərbaycan dilini mükəmməl, rus və ingilis dilini yaxşı səviyyədə bilmək;
- Müvafiq sahədə rəhbər olaraq minimum 3 illik iş təcrübəsi;
- Proqramlaşdırma dilləri və texnologiyaları üzrə bilik və təcrübə arzu olunandır;
- Mükəmməl səviyyədə liderlik, ünsiyyət və layihə idarəetmə bacarıqları;
- Çarpaz funksional komandaları effektiv idarə etmək bacarığı.