Qısa məzmun
PASHA Holding İnnovasiya üzrə proqram koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. Müxtəlif sahələr üzrə fərqli iş təcrübəsi üstünlükdür.
PASHA Holding İnnovasiya üzrə proqram koordinatoru vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.
İşin təsviri:
- PAŞA şirkətlər qrupunun innovasiya ehtiyacları çərçivəsində daxili innovasiya ideyalarının dərindən təhlili və qiymətləndirilməsi;
- Daxili və xarici maraqlı tərəflərlə (universitetlər, inkubatorlar, akselerasiya proqramları, digər innovativ ekosisteminin iştirakçıları) əməkdaşlıq münasibətləri və ortaqlıqlar qurulması və davam etdirilməsi;
- İnnovasiya imkanlarının strateji olaraq prioritetləşdirməsi və idarəsi üçün İnnovasiya lideri ilə sıx işləmək;
- Şirkətlərarası Daxili İnnovasiya layihələrinin (yəni Qrup daxilində İnnovasiya proqramı, yarışlar və bu kimi digər hadisələr) əvvəldən sona qədər idarə edilməsi;
- PAŞA şirkətlər qrupu daxilində innovasiya icmasının qurulması;
- Boşluqların və rəqabət təhlükələrinin müəyyənləşdirilməsi; son innovativ istiqamətlər barədə məlumatlılıq, strateji tövsiyələr vermək məqsədilə makro/mikro bazar tendensiyalarını və rəqabət risklərinin anlayışı;
- Hackatonlar, startup yarışmaları kimi xarici innovasiya tədbirlərinin təşkili;
- Şirkətlərin trendlərdən məlumatlılığını təmin etmək məqsədilə innovasiya bülleteninin yaradılması;
- Veb sayt / intranet səhifələri, eyni zamanda sosial media postlarının hazırlanması, uzlaşmanı təmin etmək məqsədilə korporativ əlaqələr komandamız ilə əməkdaşlıq;
- İntranetdə daxili fikir yaratma vasitəsinin (İnnovasiya Səhifəsi) qurulması, eyni zamanda ideya işlənməsi üçün çərçivənin yaradılması;
- İnnovasiya komandasına digər müvafiq tapşırıqlarda dəstək;
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Strategiya, əməliyyat, layihələrin idarəedilməsi sahədə 5 ildən artıq təcrübə;
- Kompleks layihələrin dəstəklənməsi üzrə nailiyyətlər və funksiyalararası komanda üzvləri ilə möhkəm əlaqələr qurma təcrübəsi;
- Analitik – mürəkkəb konseptlərin anlayışı, və səmərəli ümumiləşdirmələr və əsas qərarların qəbulu üçün strukturlaşdırılmamış məlumatların sintezi;
- Kritik ve ya qeyri-standart düşünmə bacarıqları olan şəxslər – innovativ həllərə gəldikdə status-kvonu sual altına alırlar;
- Nağd pul vəsaitlərinin hərəkəti, IRR, NPV və s. daxil olmaqla maliyyə və modelləşdirmə sahəsində təməl biliklər;
- Layihələrin idarəedilməsi bacarıqları (Layihəyərin idarədilməsi sertifikatlarının mövcudluğu üstünlükdür);
- Müxtəlif sahələr üzrə fərqli iş təcrübəsi üstünlükdür;
- Təşəbbüskar və yaradıcı strateji düşüncə;
- Güclü təşkilatçılıq, məsləhətləşmə və danışıq aparma bacarıqları və təcrübəsi;
- Güclü ünsiyyət bacarığı və etibarlı eyni zamanda və məhsuldar əlaqələr qurmaq bacarığı;
- Yeni texnologiyalara maraqlı olmaq və son trendlərdən məlumatlılıq;
- Səlis ingilis dili, habelə türk və rus dillərinin biliyi üstünlükdür;
- Peşəkar təqdimat bacarıqları, Microsoft Office proqramlarının biliyi;
- İnnovasiya trendlərindən məlumatlılıq Maliyyə / Sığorta sahəsində biliklərə üstünlük verilir;
Müraciət etmə qaydaları:
- Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
- CV recruitment@pasha-holding.az ünvanına göndərilməlidir;
- Mövzu sətrində “İnnovasiya üzrə proqram koordinatoru” qeyd olunmalıdır;
- CV-lər 03 may, 2021-ci il tarixinə qədər göndərilməlidir.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.
Oxşar vakansiya siyahısı:
Kepro Estetik Klinika SMM mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Hava Yolları QSC Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Ram Solutions MMC Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edur. ...