İnnovasiyalar üzrə köməkçi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA Holding İnnovasiyalar üzrə köməkçi vəzifəsi üzrə vakansiya elan edir.

Aparıcı skaut ilə birlikdə İnnovasiyalar üzrə köməkçinin rolu həm maliyyə, həm də qeyri-maliyyə portfellərində Holdinqin şirkətlərinə fayda verə biləcək potensial sinerjiləri müəyyən etmək üçün müvafiq startaplar və KOM-larla əlaqələrə və skautluq (araşdırma) fəaliyyətinə dəstək olmaqdır; Buraya onlayn və oflayn şəkildə startapların araşdırılması, startap tədbirlərinin planlaşdırılması və həmin tədbirlərdə iştirak, həmçinin startaplarla görüş və qiymətləndirmə fəaliyyətləri daxildir;

Bundan əlavə, Strateji Aktivlərin innovasiyalar üzrə müvafiq qaydada yoxlanılması, istifadə ssenarilərinin idarə edilməsi, qlobal və yerli/xarici və daxili innovasiyalar üzrə məlumatların toplanması və s; daxil olmaqla, lakin bununla məhdudlaşmadan bütün funksiyalarla bağlı təşəbbüslərdə Aparıcı skauta dəstək olmaq;

Cavabdeliklər:

  • Yeni innovasiya imkanları üzrə mexanizmin yaradılması və saxlanılması üçün mənbələrin cəlb edilməsində Aparıcı skauta dəstək olur;
  • Müxtəlif regionlarda startapların axtarışını və ilkin qiymətləndirməsini həyata keçirir; Əsas sənaye istiqamətləri: Fintech, İnsurTech, Pərakəndə ekosistemi, Pərakəndə istehlakçısı, Qonaqpərvərlik və s;
  • Startaplar və KOM-larla əlaqə saxlayır, pilot layihələrin/Konsepsiyanın Yoxlanılması proseslərinin işə salınması üzrə Holdinqin şirkətlərinin xeyrinə danışıqlar aparır;
  • Holdinqin İnnovasiya Bölməsinin (İnnovation Stream) innovasiya ilə bağlı təşəbbüslərindən faydalana biləcək şəbəkələr qurmaq və sinerji axtarmaq üçün yerli və beynəlxalq innovasiya ekosistemi tərəfdaşları – akseleratorlar, inkubatorlar, universitetlər, vençur kapital fondları və korporasiyalar ilə ünsiyyət saxlayır və əlaqələr qurur;
  • Xüsusi innovasiya ehtiyaclarını və istifadə ssenarilərini müəyyən etmək üçün Holdinq Şirkətlərinin innovasiyalar üzrə müvafiq yoxlanılması prosesində Aparıcı skauta dəstək olur;
  • Xarici və daxili innovasiya ilə bağlı maraqlı tərəflərlə görüşlərin təşkilində Aparıcı skauta dəstək olur, görüşlərdə iştirak edir, müzakirələrə töhfə verir və lazım gəldikdə qeydlər aparır;
  • Skautluq (araşdırma) fəaliyyətləri üzrə məlumat bazasını müntəzəm olaraq yeniləyir və layihə idarəetmə vasitələrindən istifadə etməklə əlaqədar fəaliyyətlərin icrasını izləyir;
  • Effektiv ünsiyyəti, icra prosesinin düzgün qaydada izlənilməsini və müvafiq innovasiya ilə bağlı fəaliyyətlərdə əsas mərhələlərin izlənilməsini təmin etmək üçün Holdinq Şirkətlərinin İnnovasiya Çempionları ilə əlaqələr qurur;
  • Müntəzəm qaydada tendensiyaların analitikasının və funksional bölmə üzrə hesabatların (tələb əsasında) hazırlanmasına dəstək olur;
  • Yeni texnologiyalar üzrə radarları, texnologiyanın təsir profillərini hazırlayır və Holdinqin əməkdaşları üçün müxtəlif yeni texnologiya ekosistemləri barədə iki həftəlik xəbər bülletenləri təşkil edir, veb-saytdakı məlumatları müvafiq qaydada yeniləyir;
  • Yeni ideyaları və startaplarla potensial tərəfdaşlıqları araşdırır və qiymətləndirir;
  • Biznes imkanlarını və sənayedə/bazarda yeni yaranan tendensiyaları tez və səmərəli şəkildə aşkar edə bilmək üçün texnologiyalar və biznes sahəsində daim məlumatlı olur;

Siz nə zaman yaxşı namizəd hesab edilirsiniz:

  • Siz startap ekosisteminə həvəslisiniz və onun bir hissəsi olmaq istəyirsiniz;
  • Ən son innovasiyalar, sahibkarlıq, texnologiyadakı tendensiyalar və bu günün trenddə olan startapları barədə məlumatlısınız;
  • Siz əla tədqiqatçısınız və “detektiv” işini sevirsiniz – axtarışda kreativ üsullardan istifadə edirsiniz;
  • Siz güclü analitiksiniz və onlayn alətlər və məlumat bazası ilə işləməyi bilirsiniz;
  • Siz texnologiya sahəsində bilikli və bacarıqlısınız və proseslərə inteqrasiya etmək və xidmətlərimizi avtomatlaşdırmaq üçün yeni alətlərdən necə istifadə etməyi asanlıqla öyrənə bilərsiniz;
  • Komanda şəklində yaxşı işləyirsiniz, lakin layihələr üzərində təkbaşına da işləyə bilərsiniz;
  • Siz ambisiyalı, yüksək motivasiyalı və enerjilisiniz;
  • Tez öyrənməyə meyllisiniz və lazım olduqda, “bir işin altına girməkdən” çəkinmirsiniz;

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

  • Azərbaycan, rus, ingilis dillərində mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları tələb olunur; Türk dilini bilmək üstünlük hesab edilir;
  • Korporativ innovasita, konsultasiya, vençur kapitalı və ya startap təcrübəsi yüksək dərəcədə arzuediləndir;
  • Biznesin idarə edilməsi, korporativ maliyyə, biznes analitikası, mühəndislik üzrə bakalavr və ya magistr dərəcəsinə üstünlük verilir;
  • Kompüter bacarıqları: Peşəkar təqdimat bacarıqları, Microsoft Office proqramları, Google Suite proqramları, WordPress, Mail Chimp;
  • İdeal halda, namizədlərin startaplarla bağlı təcrübəsi və/yaxud startap ekosistemi haqqında biliyi olmalıdır. Axtarışda təcrübəsi olan və yanaşmasında kreativ olan şəxs axtarırıq. Bununla belə, biz “bir işi görərək öyrənmək” prinsipinə inanırıq və insanları nə qədər irəliləyə biləcəklərinə görə qiymətləndiririk. Çoxlu imkanlar olacaq, amma onlardan yararlana bilmək sizin vəzifənizdir.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

  • CV-lər e-mail ünvanına göndərilməlidir;
  • Mövzu sətrində “İnnovasiyalar üzrə köməkçi” qeyd olunmalıdır;
  • CV-lər 25 avqust 2022-ci il tarixinə qədər göndərilməlidir;

Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir; İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

1000 — 2000 ₼
Frontend Developer

We are looking for a Frontend Developer to join our dynamic and globally expanding startup. Requirements: Programming Language: Typescript Technologies: HTML5, CSS, SCSS, ...

22.11.2024 - Bakı

QA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis)

Kontakt Home QA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

18.11.2024 - Bakı

Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

18.11.2024 - Bakı

2000 — 3000 ₼
Proqramçı

Do IT şirkəti Proqramçı vəzifəsi üzrə vakansiya elan edir. ...

DO IT

14.11.2024 - Bakı

İT mütəxəssis

  Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası İT mütəxəssisi vəzifəsi üzrə vakansiyasi elan edir. ...

Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası

07.11.2024 - Bakı

Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

04.11.2024 - Bakı

Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

31.10.2024 - Bakı