Qısa məzmun
SMTS MMC İnşaat Mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən verilir.
Vəzifə öhdəlikləri:
- Layihə-smeta sənədlərini, iş həcmləri və spesifikasiyaları analiz etmək.
- Layihədə olan uyğunsuzluqların müəyyən edilməsi və müvafiq həll variantının verilməsi.
- Smetalarda olan uyğunsuzluqların müəyyən edilməsi və düzgün iş həcmlərinin hesablanaraq tərtib edilməsi.
- İş qrafikinin tərtib edilməsi.
- İşin yerinə yetirilməsində Risklərin Qiymətləndirilməsi və təhlükəsiz iş metodunun hazırlanması.
- İş Metodunun hazırlanması.
- İşlərin İcra Aktlarının hazırlanması.
- İcra aktları əsasında material, invertar, maşın-mexanizm, avadanlıq və s. sərfiyatının hesablanması və müvafiq hesabatların tərtib edilməsi.
- Maddi məsul şəxs olaraq material, avadanlıq, invertar, maşın- mexanizmin qənaətli sərfiyatının təşkil edilməsi, anbar işini təşkili.
- Tikinti quraşdırma işlərinin Azərbaycanda qəbul edilmiş normalara və Beynəlxalq normalara uyğun aparılma qaydalarını bilmək.
- Yerinə yetirilən işlərin; sahəyə gətirilən material, avadanlıq, maşın-mexanizm, invertarlar və s;
- Keyfiyyətini müəyyən etmək üçün Keyfiyyət Nəzarət işinin təşkili.
- Obyektdə iş qrafiki və İş metoduna uyğun Tikinti Quraşdırma İşlərinin təşkil edilməsi.
Namizədə olan tələblər:
- Müvafiq sahədə Ali təhsil (İnşaat fakultəsi/ İnşaat mühəndisi)
- İnşaat mühəndisi vəzifələrdə inşaat sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 5 il (fasiləsiz) iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir)
- Azərbaycan dilində əla yazmaq, oxumaq və fikrini ifadə etmək qabiliyyəti olmalı. (İngilis dilini texniki səviyyədə bildikdə əmək haqqına müsbət təsir edəcəkdir)
- Yüksək kompüter bacarıqları (Microsoft Office, AutoCAD, Tekla)
- Komandada işləmək bacarığına sahib olmalı;
Digər tələb və şərtlər:
- Yaş həddi: 25-45 AZN
- Əmək haqqı 1500 – 2000 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
- İş rejimi: 6 günlük iş həftəsi
- Nahar şirkət tərəfindən verilir
- Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində mövzu yerinə “İnşaat mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
- Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
1200₼
Layihələrin idarə olunmasi üzrə koordinatorPRO CON izo Layihələrin idarə olunmasi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Kimyəvi analizlər üzrə laborant
Mətanət A Kimyəvi analizlər üzrə laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Hazır məhsul müfəttişi
Matanat A şirkəti Hazır məhsul müfəttişi vəzifəsi üzrə vakansiya elan edir. ...
Avtomatika mühəndisi
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
İstehsal üzrə növbə rəisi
Mətanət A Şirkətlər Qrupu stehsal üzrə növbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Avtomatika mühəndisi
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...