Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azərsun holding İnşaat yoxlama (audit) və tenderlər müdiri vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə aid tələblər:
- İnşaat mühəndisliyi və ya memarlıq sahəsində ali təhsili olmalı;
- Müvafiq sahəyə uyğun ən azı 10 il iş təcrübəsinə sahib olmalı;
- AutoCAD, 3ds Max, Archicad, Photoshop, CorelDroaw proqramlar ilə işləyə bilmə bacarığı olmalıdır.
İş haqqında məlumat:
- İnşaat layihə sisteminin sənədləşməsinə nəzarət etmək və onu inkişaf etdirmək;
- Lazımi planlama və organizəni təmin etmək;
- Keyfiyyət siyasətinin bütün işçilər tərəfindən mənimsənilməsi ilə bağlı işlərdə bu siyasətin vacibliyinə uyğunlaşmanın təmin edilməsi;
- Nəzərdə tutulmuş elektrik və mexanik işləri ilə inşaat işləri arasındakı uyğunsuzluqları həll etmək;
- Keyfiyyət sistemi sənədləşməsinə nəzarət etmək;
- İnşaat layihə yoxlanılması işçilərinə nəzarət emək;
- Lazım gəldikdə, firma daxili və firmadan kənar iclaslarda iştirak edərək sahədə mövcud olan və ola biləcək problemlərin dəqiqləşdirilməsi və üst rəhbərliyə təqdim ediləcək qabaqlayıcı tədbirlər almaq;
- Görülən xidmətlərlə bağlı lazımi raportları hazırlamaq;
- Görülməsi davam edən işlərdə yoxlama və audit xidmətlərini həyata keçirtmək, keçici və dəqiq qəbul işlərini yerinə yetirmək;
- Hazırlanmış metraj cədvəlləri, kəşf və təqibçi siyahıları, qiymət analizi, texniki şərtlər və protokolları nəzərdən keçirtmək və araşdırmaq;
Smeta üzrə:
- Hazırlanmış metrajları yoxlamaq (nəzərdən keçirmək);
- Smeta əlavələrinin, müqavilə, bağlı layihələrin tutarlılığının və əskiksizliyinin yoxlanılması və maliyyə analizinin edilməsi;
Tender üzrə:
- Dizayn və tətbiq arasındakı uyğunsuzluqların qarşısını almaq üçün layihə ofisləri tərəfindən təmin edilən çertyojlar, texniki şərtlərin və digər sənədlərin yoxlanılması;
- Smetanın çertyoj və digər şərtlərlə və sənədlərlə uyğunluğunu yoxlamaq və ona nəzarət etmək;
- Xüsusilə böyük işlərdə, işlə bağlı mövzuları aidiyyatı podratçılara bildirmək və işi başa düşdüklərindən əmin olmaq;
- İnnova podratçı seçimi təlimatına əsasən qiymət təklif və tələbinin bütün aidiyyatı podratçılara göndərilməsi və təkliflərin alınmasına nəzarət etmək;
- Tender iclaslarında və qiymət alınmasında (ən uyğun variantın seçilməsində) iştirak etmək;
- Hazırlanmış qiymət qarşılaşdırılmasını yoxlamaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“İnşaat yoxlama (audit) və tenderlər müdiri”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Oxşar vakansiya siyahısı:
PASHA Bank Qeyri-maliyyə Risklərinin İdarə Edilməsi şöbəsində İnsidentlərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Biznes xidmət üzrə mütəxəssis/aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
"Rabitabank" ASC Şirvan filialı üzrə Universal işçi vakansiyasını elan edir. ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Hava Yolları QSC Əsas vəsaitlərin və inventarların Uçotu Şöbəsi / Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Pərakəndə bankçılıq üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis (Qəbələ filialı) vəzifəsi üzrə ...
Rabitəbank Masallı filialı üzrə Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Yasamal filialına Mikro və aqro kreditlər üzrə mütəxəssis/ aparıcı mütəxəssis/ baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Kaan International Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Fond kreditlərinin satışı üzrə aparıcı/baş mütəxəssis/bölmə rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...