Qısa məzmun
Qartal Construction Company İnşaatçı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. İngilis dilini bilməsi arzuolunandır.
İş yeri: Əsas iş yeri AR rayonları, rayonlarda iş olmadığı müddətdə Qartal Tikinti Firmasının Sumqayıt şəhərində yerləşən baş ofisində işləyəcək. Lazım gəldikdə başqa tikinti sahələrinə göndəriləcək.
Əmək haqqı: 1000-1200 AZN
Tələblər:
- Minimum 3 il uyğun vəzifələrdə iş təcrübəsi olmalı;
- İnşaatçı mühəndis ixtisası üzrə ali təhsil müəssisəsini bitirmiş olmalı;
- Tenderlərin qiymətləndirilməsi və layihəyə nəzarət bacarığına malik olmalı;
- Kompüter biliklərinə (word, excel, outlook və s.) malik olmalıdır;
- Layihələndirmə işləri üçün proqramları bilməsi arzuolunandır; (Autocad, Archicad, Tekla Structural )
- Yaşayış yerinin Sumqayıt şəhərində olmasına üstünlük verilir;
- B kateqoriya sürücülük vəsiqəsinin olması arzuolunandır.
İş haqqında məlumat:
- AR rayonlarında tikiləcək tikintilərdə yerinə yetirilən işlərə nəzarət və rəhbərlik edilməsi;
- Sahədə işin keyfiyyətlə yerinə yetirilməsinə, tələb olunan çertyoj və sxemlərin düzgün işlənilməsinə nəzarət edilməsi;
- Tenderlərin qiymətləndirilməsi, yerinə yetirilmiş işlər üçün təhvil-təslim aktının sənədləşdirilməsinin layihə koordinatoru ilə birlikdə tərtib edilməsi, sifarişçinin imzalaması üçün hazırlanması;
- İşlərin yüksək keyfiyyətlə, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit tələbləri ilə yerinə yetirilməsinə nəzarət edilməsi;
- Sahədə gündəlik yerinə yetirilən işlər haqqında məlumatın fotoşəkilləri ilə Qartal T.F. layihə koordinatoruna göndərilməsi.
İşçi üçün şərait:
- Bazar günü işlədiyi günlərin əmək haqqısı ödəniləcək.
- Namizəd iddia etdiyi minimum əmək haqqını CV-də bildirməlidir;
- Nahar yeməyi və telefon rabitəsi firmanın vəsaiti hesabına təmin edilir;
- Ehtiyac yaranarsa ona özünün idarə etməsi şərti ilə xidməti avtomobil təhkim edilir;
- İş günləri 6 günlük iş həftəsi, saat 09:00-18:00 təyin edilir. Bazar günü və bayram günlərində işlədikdə bu günlərin dəyəri əlavə olaraq ödənilir.
Namizədlərin CV-lərini e-mail adresinə, mövzu hissəsində “İnşaatçı mühəndis” yazmaqla göndərmələri xahiş olunur.
Qartal Tikinti Firmasının ünvanı: Koroğlu prospekti 278, 48-ci məhəllə, Sumqayıt, AZ-5011
Oxşar vakansiya siyahısı:
Matanat A şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtoelektrik vəzifəsi üzrə vakansiya elan edir. ...
AGA Şirkətlər Qrupu Layihəçi elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu SƏTƏM üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...