Qısa məzmun
Ideovate Consulting İnsan Resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir
İş barədə ümumi məlumat:
- ƏMAS ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək;
- İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
- Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
- Aylıq iş vaxtının uçotu cədvəllərini hazırlamaq;
- Şirkətin(Şirkətlərin) sənəd dövriyyəsinin qanunvericiliyə uyğun aparılmasını təmin etmək;
- Əmək kitabçalarında qeydlər aparmaqla iş qeydiyyatını aparmaq.
- Rəhbərliyin tapşırıqlarının keyfiyyətlə və vaxtında yerinə yetirilməsi;
- İş rejimi: 5 günlük iş həftəsi
- Əmək haqqı: 350-400
Namizədə tələblər:
- Ali təhsilli;
- ƏMAS sistemində sərbəst işləməyi bilməli;
- İnsan resursları sahəsində təcrübə minimum 1 il;
- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini bilməli;
- İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olmalı;
- Problemləri həll etmə bacarığı;
- MS Office proqramlarını bilməli;
- İşə məsuliyyətli yanaşmaq;
- Stressə davamlılıq;
- Yaş: 23-30.
Maraqlananlar CV-lərini elektron ünvanına 17.06.2022-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində “İR üzrə kiçik mütəxəssis” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
İnsan resursları üzrə təcrübəçi (HR intern)
PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...
İnsan resursları üzrə kiçik mütəxəssis
GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
İR üzrə Direktor
SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...