Qısa məzmun
Kontakt Home İnsan resursları əməliyyatları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Link: https://qlor.me/lecvgyss
Təsvir
- İşə başlayacaq olan işçilərin işə giriş təlimatı və əməyin mühafizəsi şərtləri ilə tanış olunması;
- İşçilərin maaş kartlarının alınması üçün banka müraciyyət formalarının hazırlanması, yenilənməsi və müddətinin uzadılması haqqında Banka məlumatın verilməsi;
- Şirkət əməkdaşlarının işdən çıxma prosedurlarının təşkili: İşdən çıxış səbəblərinin araşdırılması, müvafiq şöbənin əməkdaşına yönləndirilməsi, ərizənin alınması, işdən çıxış aktının imzalanma prosesinin təşkil edilməsi, elektron dövlət portalından və daxili sistem üzərindən işçyə xitam verilməsi;
- Kadr əmrlərin hazırlanması (işdən azad, işə qəbul, əmək məzuniyyəti, vəzifə/şöbə/maaş dəyişikliklərinin hazırlanması);
- Əmək kitabçalarının doldurulması, hesaba alınması və qeydiyyatın aparılması;
- Əmək kitabçalarının qeydiyyatı jurnalının tərtibatı və işçilərlə təhvil-təslim işlərinin yerinə yetirilməsi;
- Ezamiyyət vərəqələrinin hazırlanması;
- Aylıq əmrlərin imza-möhür işlərini yerinə yetirilməsi;
- Aylıq hesabatların hazırlanması.
Tələblər:
- Ali təhsil (psixologiya, sosiologiya, hüquq, insan resursları, menecment kimi sahələrdə ali təhsil arzu olunandır);
- İnsan Resursları sahəsində iş təcrübəsi – 2 ildən artıq;
- Yaxşı səviyyədə 1C (8.2: 8.3) bilikləri;
- Yaxşı səviyyədə MS Excel bilikləri;
- Səlis Azərbaycan və Rus dili bilikləri;
- Azərbaycan Respublikası Əmək Məcəlləsi bilikləri;
- Elektron Hökümət Portalları ilə ( e-sosial; İSB; ƏMAS) işləmə bacarığı;
- Kadr kargüzarlığının aparılmasına dair biliklər
- Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
- Komandada işləmək bacarığı.
İş şəraiti:
- İş rejimi: I-V günlər, 09:00-18:00.
Oxşar vakansiya siyahısı:
600₼
İnsan resursları üzrə mütəxəssisSeylab İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...