İnsan Resursları Əməliyyatları üzrə mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 1000-1500 AZN. Bizim Market İnsan Resursları Əməliyyatları Şöbəsində baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Bizim Market” supermarket şəbəkəsi 2006-cı ildə “Şərifzadə 154 a” ünvanında “İnşaatçılar” filialı ilə fəaliyyətə başlamışdır. Qısa zamanda alıcıların rəğbətini qazanan “BizimMarket” supermarket şəbəkəsi ardıcıl olaraq Bakı şəhərinin müxtəlif yerlərində öz filiallarını artıraraq fəaliyyət zolağını genişləndirmişdir. Hazırda “ Bizim Market” supermarket şəbəkəsinin 14 filialı müştərilərin ixtiyarındadır. Fəaliyyətə başladığı ilk zamandan “Yüksək Xidmət” və “Sərfəli Qiymət” prinsiplərini əsas hesab edərək indiyədək bu meyarlara öz işində sadiqdir.

İnsan Resursları Əməliyyatları üzrə mütəxəssis.

Vəzifə üzrə tələblər:

  • İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;
  • İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
  • Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq, işçilərin məzuniyyətlərini istifadə etməsini təmin etmək;
  • E-Gov hökümət portalı ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək;
  • Müvəqqəti əmək qabiliyyətini itirmə hallarının rəsmiləşdirilməsi prosesini kordinasiya etmək;
  • Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək.

Namizədə olan tələblər:

  • Ali təhsil (İqtisadiyyat ,Biznesin idarə edilməsi ixtisasları üstünlükdür);
  • Azərbaycan, dilində səlist yazılı və şifahi ünsiyyət;
  • Kompüter bilikləri – MS office sərbəst istifadə etmək.

Təminatlar:

  • 5 günlük iş həftəsi (9:00-18:00);
  • Nahar və danışıq xərcləri şirkət tərəfindən qarşılanır;
  • Əmək haqqı 767 AZN (Gross).

Vakansiyaya müraciət üçün CV-ləri “İnsan Resursları Əməliyyatları üzrə mütəxəssis” mövzusu ilə hr@bizimmarket.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

800₼
Təlim üzrə mütəxəssis

AzeriMed LLC Təlim üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

08.04.2025 - Bakı

700 — 1000 ₼
Korporativ Satış Təmsilçisi

PRO CON izo Ofis meneceri/SMM vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

04.04.2025 - Bakı

İnsan resursları üzrə təcrübəçi (HR intern)

PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

28.03.2025 - Bakı

İnsan resursları üzrə kiçik mütəxəssis

GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

GM Construction

28.03.2025 - Bakı

İR üzrə Direktor

SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...

Supertoys

13.03.2025 - Bakı