Qısa məzmun
Ekvita İnsan Resursları üzrə Təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir.
İşin təsviri:
- İşçilərin şəxsi işlərinin formalaşdırılması, qaydaya salınması və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatının aparılması;
- İnsan Resursları üzrə ARƏM-ə uyğun olaraq bütün növ sənədlərin tərtib edilməsi və icrası (tələb olunan sənədlərin toplanması, işə qəbul, işdən azad, ezamiyyə, məzuniyyət, mükafatlandırılma və s.);
- Məzuniyyət qrafiklərinin tərtib edilməsi və onun nəzarətdə saxlanılması;
- İşə qəbul barəsində ərizələrin qəbulu, vakansiyalar haqqında elanların verilməsində dəstək verilməsi;
- İşəgötürənin müəyyən etdiyi və ya təyin etdiyi digər əlaqəli gündəlik işlərin yerinə yetirilməsi.
Vəzifə Tələbləri:
- İnsan resursları, Psixologiya, İdarəetmə, Hüquq və yaxud oxşar sahələrdə ali təhsil;
- Azərbaycan və ingilis dillərində sərbəst danışıq qabiliyyəti (yazılı və şifahi);
- Effektiv ünsiyyət və təqdimat bacarıqları;
- Dinləmə qabiliyyəti və verilən bütün göstərişləri düzgün yerinə yetirmək;
- Effektiv yazılı və şifahi ünsiyyət bacarıqları – fikirləri qısa, birmənalı və ardıcıl ifadə edə bilmək;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Komanda ilə işləməyi bacarmaq;
- İntizam, punktuallıq və məsuliyyət.
Maraqlı şəxslərdən CV- lərini göndərmələri xahiş olunur.
Yalnız mövzu hissəsində (İnsan Resursları üzrə Təcrübəçi) vakansiya adını qeyd etmiş namizədlər nəzərə alınacaq.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...