Qısa məzmun
Seaport Catering İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Azərbaycan Respublikası Əmək Məcəlləsini əsas tutaraq İnsan Resursları üzrə müvafiq əməliyyatları həyata keçirmək;
- Müasir HR metodologiya və yanaşmalar ( KPİ, Performance evolution, səriştələrin idarə edilməsi, təlim, karyera planlama) haqda məlumatlılıq
- Daxili təlimlərin təşkil edilməsi, işçilər üçün inkişaf və təlim proqramlarının hazırlanması;
- Şirkət üzrə vəzifə təlimatlarının və bütün növ əmrlərin yazılması (işə qəbul, işdən azad, ezamiyyə, məzuniyyət, mükafatlandırılma, intizam tənbehi və s.,)
- İşçilərin gündəlik və aylıq davamiyyətinin izlənilməsi, gündəlik və aylıq hesabatın hazırlanması, ay sonu əmək haqqı tabellərinin hazırlanaraq mühasibatlığa təhvil verilməsi;
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən yeni işçilərin sənədlərinin qəbulu, əmək müqaviləsinin bağlanması, dəyişikliklərin edilməsi, xitam verilməsi, vəzifə dəyişikliyi, mükafatlandırılması, məzuniyyət, ezamiyyətə göndərilməsi və sair ilə bağlı sənədlərin rəsmiləşdirilməsi, habelə Əmək Müqaviləsi bildirişlərinin ƏMAS altsisteminə daxil edilməsi, müvafiq sənədləşmənin icra edilməsi və ƏMAS-la və İSB ilə bağlı digər əməliyyatları vaxtında yerinə yetirmək;
- İşçilərin illik əmək məzuniyyətlərinin qrafikinin qurulması, təhsil, analıq və öz hesabına məzuniyyətlərin verilməsi,istifadə edilməmiş məzuniyyətlərin kompensasiya edilib verilməsi
- İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazasını (data baza) hazırlamaq və mütəmadi yeniləmək;
- Əməkdaşların daxili icra və əmək intizamı qaydalarına riayət etməsinə nəzarət edilməsi
Namizədə tələblər:
- İnsan Resursları,Biznes İdarəetməsi və ya müvafiq sahədə bakalavr dərəcəsi.
- İnsan resursları sahəsində 3 ildən az olmayaraq peşəkar iş təcrübəsi
- Azərbaycan Respublikası Əmək Məcəlləsi və mövcud əmək qanunvericiliyi üzrə biliklər;
- MS Office (Word, Excell, Power Point) proqramlarında sərbəst işləmək bacarığı;
- Dil bilikləri – azərbaycan dili əla, İngilis dili- yaxşı; Rus dili – arzuolunandır
- Komanda daxilində işləmək bacarığı
- Analitik düşünmə və problemləri həll etmə və liderlik bacarıqları
- Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq, ünsiyyətcil
İş barədə məlumat:
- İş günləri : Həftənin 5 iş günü tam
- İş vaxtı: 09:00-dan 18:00-dək
- Nahar şirkət tərəfindən təmin edilir.
- Korporativ telefon,nömrə və danışıq balansı.
- Əmək haqqı:Namizədin bilik və bacarıaqlarına əsasən təyin edilir.
- Ünvan: Bakı şəhəri (Yasamal rayonu)
Yalnız qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “İnsan resursları üzrə mütəxəssis” qeyd etməklə CV-lərini elektron poçt ünvanına göndərməyi xahiş olunur.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...