İnsan resursları üzrə mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Saglam Catering şirkəti İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
ƏMAS sisteminin idarə edilməsi

  • Əmək müqavilələrinin ƏMAS sistemində qeydiyyata alınması, yenilənməsi və ləğv edilməsi
  • İşçi məlumatlarının sistemə düzgün daxil edilməsi və mütəmadi yenilənməsi
  • İşçilərin vəzifə, maaş və digər əsas göstəricilərində dəyişikliklərin vaxtında sistemə daxil edilməsi
  • ƏMAS sistemində yaranan problemlərin həlli üçün aidiyyəti dövlət qurumları ilə əlaqə saxlanılması
  • Sistemdə edilən yenilikləri izləmək və tətbiq etmək

İşə qəbul və işdən çıxma proseslərinin idarə edilməsi

  • Yeni işçilərin əmək müqavilələrinin rəsmiləşdirilməsi və ƏMAS sisteminə daxil edilməsi
  • İşdən çıxan işçilərin əmək müqavilələrinin sistemdə ləğv edilməsi və qanunvericiliyə uyğun sənədləşmə aparılması
  • İşçi qəbulu və işdən çıxma ilə bağlı ƏMAS-dan hesabatların çıxarılması və rəhbərliyə təqdim edilməsi
  • Sınaq müddətində olan işçilərin müqavilə müddətinin izlənilməsi və zəruri tədbirlərin görülməsi

Məzuniyyətlərin idarə edilməsi və proqramda işlənməsi

  • İllik məzuniyyətlərin ƏMAS sistemində qeydiyyata alınması və təsdiqlənməsi
  • Xəstəlik vərəqələri və ödənişli / ödənişsiz məzuniyyətlərin sistemdə düzgün qeydiyyata alınması
  • Ezamiyyət, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər halların ƏMAS sistemində əks etdirilməsi
  • İşçilərin məzuniyyət ərizələrinin toplanması və proqramda işlənməsi
  • Məzuniyyətlərin qanunvericiliyə uyğun verilməsinin təmin edilməsi və müvafiq sənədlərin hazırlanması
  • Məzuniyyət balanslarını izləmək və işçilərə məlumat vermək

Əmək qanunvericiliyinə uyğunluğun təmin edilməsi

  • Əmək qanunvericiliyinə əsasən ƏMAS sistemində düzgün əməliyyatların aparılması
  • Əmək müqavilələrinin qanunvericiliyə uyğun tərtib olunmasına və sistemdə düzgün qeydiyyata alınmasına nəzarət
  • Dövlət orqanları tərəfindən tələblərə uyğun sənədlərin təqdim edilməsi

TƏLƏB OLUNAN BİLİKLƏR VƏ BACARIQLAR

  • ƏMAS sistemi ilə iş təcrübəsi və ya öyrənməyə hazırlıq
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyi və əmək münasibətləri üzrə biliklər
  • HR sahəsində təcrübə (işə qəbul, müqavilə idarəetməsi, sənədləşmə və s.)
  • Microsoft Office proqramları, xüsusilə Excel və Word üzrə biliklər
  • Dəqiqlik, məsuliyyətlilik və məlumatların məxfiliyinə riayət etmək
  • Analitik düşünmə və hesabatlarla işləmə bacarığı

İş şəraiti

  • Əmək haqqı: 600-700 azn
  • İş yeri: Bakı şəhəri (Yasamal, Almaz park)
  • İmtiyazlar: Telefon,nahar
  • İş günü: həftədə 5 gün (09:00-18:00)

Office@saglamcatering.az ünvanına şəkilli cvlərinizi göndərə bilərsiniz.

 

Oxşar vakansiya siyahısı:

İR üzrə Direktor

SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...

Supertoys

13.03.2025 - Bakı