Qısa məzmun
Ə/h 500-650 AZN. AEV MMC İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Əmək qanunvericiliyinə, müəssisə rəhbərinin qaydalarına və əmrlərinə, habelə digər müəyyən edilmiş kadr sənədlərinə uyğun olaraq işçilərin qəbulu, vəzifə dəyişikliyi və xitam üzrə müvafiq sənədlərin hazırlanmasını tərtib edir.
- Əməkdaşların şəxsi işlərinin formalaşdırılması, arxivləşdirilməsi, mütəmadi qovluqların yenilənməsi
- Əmək kitabçalarında müvafiq qeydlərin aparılması, qeydiyatların aparılmas
- İllik məzuniyyət cədvəllərinin hazırlanması, müntəzəm olaraq məzuniyyət cədvəllərinin hazırlanmasına və uyğunluğuna nəzarət etmək
- Müəssisənin bölmələrində işçilər tərəfindən daxili intizam qaydalarına riayət edilməsini izləyir.
- E- gov portalda müvafiq məlumatların daxil edilməsi
- 1C proqramında müvafiq məlumatların daxil edilməsi
- Bütün sənədləşmə işlərini “AEV” MMC – nin vahid sənəd fomalaraına uyğun olaraq tərtib edir
- Kadrların hərəkəti üzrə hesabatları hazırlayıb rəhbərliyə təqdim edir.
Tələb olunan biliklər:
- Kadrların uçotunun təşkili qaydaları, qanunvericilik və normativ hüquqi aktlar, metodoloji materiallar;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə baza bilikləri ;
- Müəssisənin strukturu və işçi heyəti;
- Müəssisə işçilərinin əmək kitabçalarının və şəxsi sənədlərinin qeydiyyatı, aparılması və saxlanılması qaydası;
- İşçilərin peşələrinin adlarının və işçilərin vəzifələrinin, iş stajının hesablama qaydaları
- Kargüzarlıq qaydaları
- Daxili intizam qaydaları
- Əməyin mühafizəsi, təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə qaydaları və normaları.
Namizədə tələblər:
- Müvafiq sahədə təcrübə: 1-2 il
- Təhsil: Ali təhsil
- Dil bilikləri: Azərbaycan, İngilis dili arzuolunandır
- Yaş həddi: 20-40
- Ofis proqramları ,1C
İş şərtləri:
- 6 günlük iş həftəsi
- İş saatı 9:00 –dan 18:00 -dək
- İstirahət günü: Bazar günüdür
- Əmək haqqı 500-650 AZN əmək haqqı
Namizədlər CV –ni hr@aev.az elektron ünvanının mövzu bölməsində “ İnsan resursları üzrə kiçik mütəxəssis ” qeyd etməklə müraciət edə bilərlər.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...