Qısa məzmun
AZNAV COMPANY MMC İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Əmək qanunvericiliyinin əsaslarını bilməli
- Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və rəhbərinin əmrlərinə uyğun işçilərin qəbulunu, köçürulməsini, kadrların ixtisasının artırılmasını və işdən azad edilmələrin və s. sənədlərin rəsmiləşdirilməsini həyata keçirməlidir
- Elektron hökümət portalında lazımi əməliyyatları yerinə yetirməli
- Əmək kitabçalarının, şəxsi işlərin aparılması və qorunmasını, pensiyaların təyin edilməsi üzrə lazımi sənədlərin tərtib edilməli
- Kadrların ixtisas və peşəkarlığının artırılması işini bilməli
- İşçilərin şəxsi işlərini aparmaq, formalaşdırmaq.
- Kadrlar üzrə cari və perspektiv planları işləyib hazırlamaq
- Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək
- Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək
- Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsinə, Şirkətdə ezamiyyətə gələn işçilərin qeydə alınmasında iştirak etmək
- Direktorun əmr və göstərişlərini vaxtında yerinə yetirmək
- İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materialları hazırlamaq
- Azərbaycan Respublikasının qanunvericiliyinə ciddi riayət etmək
İş şərtləri:
- Həftədə 5 iş günü, 2 gün istirahət
-İş saatları 09:00-dan 18:00-dək
Namizədə tələblər:
- Yaş: 28-38
- Təhsil: Ali
- Tərcübə: Minimum 3 il (HR vəzifəsi üzrə iş təcrübəsi mütləqdir)
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyini mükəmməl səviyyədə bilməlidir
- MS Office (Word, Excell, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı olmalıdır
- Azərbaycan dili və Rus dili (əla), İngilis dili (yaxşı)
- Peşəkar ünsiyyət bacarığına sahib olmalıdır
- Analitik düşünmə qabiliyyətinə sahib olmalıdır
- İşində məsuliyyətli və dəqiq olmalıdır
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən mövzu hissəsində “HR menecer” qeyd edərək CV-lərini o.mammadli@aznavcompany.com elektron ünvanına göndərmələri xahiş olunur.
Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...