Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Novas Agro İnsan resursları üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Novas Agro” MMC 2019-cu ildən fəaliyyətə başlamış və əsas fəaliyyət istiqaməti kənd təsərrüfatı sahəsi olmaqla, istixana sahəsində pomidor bitkilərinin becərilməsi, pomidor məhsulunun satışı ilə məşğuldur. 2020-ci ildə iki dəfədən çox ərazisini və fəaliyyət sahəsini genişləndirmişdir. Çox qısa zaman içərisində müasir texniki avadanlıqları və keyfiyyətli məhsulları ilə “Novas Agro” adı altında tanınmışdır. Strateji və perspektivli planlarında 2021-ci ildə şirkətin ərazi və fəaliyyət sahəsinin daha da genişlənməsi nəzərdə tutulmuşdur.
Tələblər:
- İnsan resurslarının idarə edilməsi sahəsində minimum 2 il təcrübə, istixana təcrübəsi arzuolunandır;
- Ali təhsil (İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək;
- 1C proqram trəminatı ilə işləmək bacarığı;
- Elektron Hökumət Portalları ilə (E-gov; E-sosial; İSB) işləmə bacarığı;
- Microsoft Office (Word, Excel, Visio) proqramlarında sərbəst işləmək;
- Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;
- Operativ və düzgün qərar vermək bacarığı;
- Problemləri həll etmə bacarığı;
Vəzifələr:
- Azərbaycan Respublikası Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliyi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işləmək, sosial sığorta kartlarının açmasını təmin etmək;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq və dəyişikliklərin uçotunu aparmaq;
- Əmək kitabçalarında müvafiq qeydlər aparmaq;
- Məzuniyyət cədvəllərinin təşkil olunması və izlənilməsi;
- İş vaxtının uçotunu nəzarətdə saxlamaq və işçilərin gündəlik davamiyyət cədvəllərinə nəzarət etmək;
- Aylıq tabelləri (finger-print) hazırlamaq;
- İş üçün müraciət edən namizədlərin müraciətlərinə baxılması və işə qəbul sisteminə əsasən ilkin müsahibələri təşkil edilməsi;
- HR strategiyasının hazırlanması, izlənməsi və inkişaf etdirilməsi;
- İşə qəbul və adaptasiya planının hazırlanması, plana uyğun olaraq yeni əməkdaşın adaptasiya olunması, sınaq müddətində izlənməsi;
- Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparılması.
İş şəraiti:
- İş yeri Zirə qəsəbəsində yerləşir;
- 6 günlük iş qrafiki;
- İl ərzində 30 gün məzuniyyət;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq 900-1200 AZN NET.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “İnsan resursları üzrə aparıcı mütəxəssis” yazmaqla hr@novasagro.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...