Qısa məzmun
Mətanət A şirkəti İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiyasını elan edir
Vəzifə öhdəlikləri:
- Şirkət üzrə İnsan Resursları departamentinə aid bütün növ sənədlərin tərtib ediılməsi və icrası (tələb olunan sənədlərin toplanması, işə qəbul, işdən azad, ezamiyyə, məzuniyyət, mükafatlandırılma, intizam tənbehi və s.,);
- Namizədlərin cəlb edilməsi məqsədi ilə bütün şöbələrlə sıx işləyərək, işə qəbul və seçim prosesinin effektiv aparılması;
- Açıq olan vakansiyaların elana hazırlanılması və yerləşdirilməsi;
- İlkin müsahibənin aparılması;
- İşə qəbul olunmuş əməkdaşların adaptasiya prosesinin icrası;
- İşçilərlə müqavilələrin bağlanması, vəzifə təlimatlarının hazırlanması;
- İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
- İşçilərin əmək fəaliyyətlərinə dair arayışların və xasiyyətnamələrin hazırlanması;
- İstehsalat sahəsində işçilərin (usta, fəhlə heyyətinin) işə davamiyyəti, işə qəbul və sənədləşmə prosedururn tənzimlənməsi;
- İstehsalat sahəsində əmək münasibətlərinin tənzimlənməsi və koordinasiyası;
- Şirkət daxili administrasiya işlərinin həyata keçirilməsinə nəzarət etməli;
- Biznesin təkamülü üçün müxtəlif fəaliyyətlər arasında insan ehtiyyatlarının paylaşdırılmasını optimallaşdırmaq.
Əmək haqqı: Razılaşma yolu ilə.
İş şəraiti:
- İş saatı: 09-00-dan 18-00-dək;
- Şənbə: 09-00-dan 13-00-dək;
- İstirahət: Bazar günü.
Tələblər:
- İnsan resursları sahəsində 5 il təcrübəsi (istehsalat sektorunda təcrübəsi olmağı üstünlükdür)
- Ali təhsil: hüquq və ya menecment
- AR-nın Əmək Məcəlləsini bilməli
- İstehsalat sahəsinə aid vəzifə və peşələr haqqında bilgilərin olması
- İdarəçilik bacarığı
- Təşəbbüskar olmalı
- Problemləri həll etmə bacarığı
- Dil bilikləri: Azərbaycan, Rus, İngilis (arzuolunandır)
- Kompüter bacarıqları: MS Office proqramları; 1C
- Yüksək ünsiyyət və komandada işləmək bacarığı.
Qeyd:
CV-lərinizi mövzu sətrində vakansiyanın adını (İnsan resursları üzrə mütəxəssis) qeyd edərək hr@matanata.com ünvanına 31 avqust tarixinədək göndərin.
Oxşar vakansiya siyahısı:
700 — 1000 ₼
Korporativ Satış TəmsilçisiPRO CON izo Ofis meneceri/SMM vəzifəsi üzrə vakansiya elan edir. ...
İnsan resursları üzrə təcrübəçi (HR intern)
PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...
İnsan resursları üzrə kiçik mütəxəssis
GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
İR üzrə Direktor
SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...