Qısa məzmun
Ə/h razılaşma yolu ilə. İnci Group of Companies İnsan Resursları mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Problemləri həll etmə bacarığı olmalıdır.
Şirkət haqqında : 1995-cü ildə fəaliyyətə başlayan “İnci Group of Companies” MMC əsas fəaliyyətini satış və distributor şirkəti kimi davam etdirir. Topdan və pərakəndə satış üzrə şirkətin Bakı şəhəri və regionlarda dağıtım anbarları və satış komandaları vardır.
Vəzifənin adı : İnsan Resursları mütəxəssisi
Namizədə dair tələblər:
- Ali təhsil
- Kompüter bilikləri: Ofis proqramları
- Məsuliyyətli və diqqətli olmaq;
- Komandada işləmə bacarığı;
- Azərbaycan dilinin qrammatika və leksika biliyi və düzgün tətbiq bacarıqları;
- İngilis və ya Rus dili biliyi olan namizədlərə üstünlük verilir;
- Yaş: 23-36;
İş barədə məlumat:
- Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirirlməsi
- Əmək müqavilələrini doldurulması və tərəflərin arasında imzalanmasına nəzarət edilməsi
- e-gov portalı ilə işləmək
- İşçilərin şəxsi işlərinin hazırlanması və formalaşdırılması, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişikliklərin qeyd edilməsi ;
- İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edilməsi
- Kadrların aylıq uçot-tabellərinin icra edilməsi
İş barədə məlumat:
- İş saatı 09 :00-18:00;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- İş yeri : Bakı şəhəri, Ulduz metrosu yaxınlığında;
Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı – hr.inci@inci.az emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı mütləq yazılmalıdır.
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...