Qısa məzmun
Ə/h 1000-1500 AZN. Bizim Market İnsan Resursları Əməliyyatları Şöbəsində baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə üzrə tələblər:
- İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək.
- İşə qəbul, işdən çıxış, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək.
- Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq, işçilərin filiallar üzrə qalıq məzuniyyətlərini istifadə etməsini təmin etmək.
- E-Gov hökümət portalı ilə bağlı bütün əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək
- Müvafiq dövlət qurumlarına olan hesabatlılığı təmin etmək
- Müvəqqəti əmək qabiliyyətini itirmə hallarının rəsmiləşdirilməsi prosesini kordinasiya etmək. .
- Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək.
- Müəssisə ilə müvafiq dövlət qurumları (məşğulluq mərkəzləri) arasında mövcud bütün münasibətlərin koordinasiyasını təmin etmək.
- Şəxsi işlərin düzgün doldurulmasını təmin etmək, şəxsi işlərin düzgün formada aparılması ilə bağlı arxivləşmə planı hazırlamaq.
- Şöbənin bütün əməliyyatlarının qeydiyyatını, statistikasını və analizlərini aparmaq, həftəlik, aylıq və illik hesabatların hazırlanmasında iştirak etmək.
- Mütəxəssis heyətin yönlədnirilməsinə və inkişafına dəstək vermək.
Namizədə olan tələblər:
- Ali təhsil (İqtisadiyyat, Menecment, Biznesin idarə edilməsi və s.)
- Azərbaycan, dilində səlist yazılı və şifahi ünsiyyət qabiliyyəti ( rus və ingilis dili üstünlükdür )
- Kompüter bilikləri – Microsoft office proqramlarında sərbəst işləmə qabiliyyəti
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini, İnzibati xətalar məcəlləsinin əmək qanunvericiliyi hissəsini və digər normativ hüquqi aktları yüksək səviyyədə bilməli. (parakəndə sahəsində təcrübə üstünlükdür)
Təminatlar:
- 5 günlük iş həftəsi. 9:00-18:00
- Nahar və telefon danışıq xərcləri şirkət tərəfindən qarşılanır.
- Əmək haqqı 1.000 – 1500 AZN
Vakansiyaya müraciət üçün CV-ləri “İnsan Resursları Əməliyyatları Şöbəsində baş mütəxəssis” mövzusu ilə hr@bizimmarket.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
İnsan resursları üzrə təcrübəçi (HR intern)
PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...
İnsan resursları üzrə kiçik mütəxəssis
GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
İR üzrə Direktor
SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...