Qısa məzmun
Kontakt Home İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- İş vaxtı uçotunun aparılması;
- Əmək haqların hesablanması üçün məlumatların toplanması və sistemə daxil edilməsi;
- Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və müvafiq orqanlara təqdim olunması;
- İnsan Resursları üzrə statistik məlumatların hazırlanması;•
- Vəzifə təlimatlarının tərtib olunması;
- İnsan Resursları üzrə prosedur, qayda və standartların inkişaf etdirilməsi;
- Şikayətlərin araşdırılması;
- İntizam prosesinin aparılması.
Tələblər:
- Ali təhsil (psixologiya, sosiologiya, hüquq, insan resursları, menecment kimi sahələrdə ali təhsil arzu olunandır);
- İnsan Resursları sahəsində iş təcrübəsi – 2 ildən artıq;
- Azərbaycan və rus dillərini əla səviyyədə bilməli, ingilis dilini bilməsi arzu olunandır;
- Ms Office (Outlook, MS Word, Excel) proqramlarını yüksək səviyyədə bilməli;
Şəxsi keyfiyyətlər:
- Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyəti;
- Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalıdır.
İş şəraiti:
- İş rejimi: I-V günlər, 09:00-18:00
- Korporativ telefon;
- Şirkətin məhsullarını güzəştli qiymətlərlə almaq imkanı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
https://qlor.me/kmgenrdx
Oxşar vakansiya siyahısı:
700 — 1000 ₼
Korporativ Satış TəmsilçisiPRO CON izo Ofis meneceri/SMM vəzifəsi üzrə vakansiya elan edir. ...
İnsan resursları üzrə təcrübəçi (HR intern)
PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...
İnsan resursları üzrə kiçik mütəxəssis
GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
İR üzrə Direktor
SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...