İnsan Resursları üzrə Mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Avromed Company QSC İnsan Resursları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Peşə bilikləri və bacarıqları olmalıdır.

Şirkət: “Avromed Company” QSC
Vəzifə: İşə qəbul mütəxəssis

Əsası 2002-ci ildə qoyulmuş “Avromed Company” QSC dünyanın aparıcı beynəlxalq şirkətlərinin istehsal etdiyi əczaçılıq məhsullarının Azərbaycandakı ən böyük distribyütorlarından biridir. Şirkətin məqsədi Azərbaycan səhiyyə sisteminin müalicə və müayinə qurumlarını, özəl klinikaları və bütün vətəndaşları yüksək keyfiyyətli zəruri əczaçılıq məhsulları ilə təmin etməkdir. Öz fəaliyyəti dövründə Avromed şirkəti dünyanın 40-dan çox ölkəsində yerləşən 200-dən artıq əczaçılıq şirkətləri ilə iş birliyi qurmağa nail olmuşdur.

Şirkət “İşə qəbul mütəxəssisi” vəzifəsinə işçi dəvət edir.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Azərbaycan Respublikası Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliyi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi.
  • Əmək kitabçalarının əmrlər əsasında doldurulmaq.
  • Şəxsi heyətin uçotuna, çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışlar vermək, əmək kitabçalarını qorumaq, kadrlar üzrə təyin olunmuş sənədləri icra etmək eləcə də işçilərin mükafatlandırılması üçün materiallar hazırlanmaq.
  • İşçilərin şəxsi işlərini aparmaq, formalaşdırmaq.
  • Kadrlar üzrə cari və perspektiv planları işləyib hazırlamaq
  • Kadrlara aid olan təlabat haqqında lazımi yerlərə məlumat vermək.
  • Kadr axınının səbəblərini öyrənmək, onun aradan qaldırılması üçün tədbirlər hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • İxtisas və attestasiya komissiyalarına lazım olan materialı hazırlamaq, attestasiya komissiyasının işində bilavasitə iştirak etmək
  • Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək.
  • Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək.
  • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsinə, şirkətdə ezamiyyətə gələn işçilərin qeydə alınmasında iştirak etmək.
  • Müvəqqəti əmək qabiliyyətini itirmə hallarının rəsmiləşdirilməsi prosesini kordinasiya etmək
  • İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materialların hazırlamaq.

TƏLƏBLƏR:

  • Ali təhsil;
  • İnsan Resursları sahəsində minimum 3 il təcrübəsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək;
  • E-gov Elektron Hökumət Portalında işləyə bilmək;
  • Azərbaycan və Rus dilini əla bilmək
  • Qabaqcıl PC istifadəçisi;
  • Ünsiyyət qurma bacarığı;
  • Problemləri həll etmə bacarığı;
  • Detallara xüsusi diqqətlilik;

Maraqlananlar CV-lərini vacancy@avromed.az elektron ünvanına 29.10.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

800 — 1000 ₼
Loyallıq üzrə mütəxəssis

AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

14.02.2025 - Bakı

İşə qəbul üzrə baş mütəxəssis

Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

13.02.2025 - Bakı

500₼
Təlim və motivasiya üzrə əməliyyatçı

AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

12.02.2025 - Bakı

İR üzrə Direktor

Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...

Super Toys

11.02.2025 - Bakı

500₼
Операционист, в отделе Мотивации и Обучения

https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...

AzəriMed QSC

11.02.2025 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

06.02.2025 - Bakı