Qısa məzmun
AS İnşaat MMC İnsan resursları üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir;
- Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirir;
- Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir;
- İş stajının hesabatını aparır, işçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verir;
- İş vaxtının uçotu cədvəlini hazırlayır və davamiyyətlə bağlı gündəlik qeydləri aparır;
- İşçilər tərəfindən təqdim olunmuş “Əmək qabiliyyəti olmamaq vərəqəsi”ni qəbul edir, yoxlayır, insan resurslarına aid olan bölməni doldurur;
- İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparır, məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə istifadə edilməsini nəzarət edir;
- Peşələr üzrə vəzifə təlimatlarının yazılması;
- İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir və rəhbərliyə hesabat verir;
Vəzifə ilə bağlı tələblər:
- Menecment, İqtisadi sahələri vəya digər müvafiq sahələr üzrə ali təhsil;
- AR Əmək Məcəlləsini, əmək qanunvericiliyini əla səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
- İnsan resursları sahəsi üzrə 2 il fasiləsiz iş təcrübəsi olmalıdır;
- E-gov Elektron Hökumət Portalında işləyə bilməlidir;
- MS Office (MS Word, MS Excel) üzrə biliyin olması;
- 1C 8.3 proqramında işləmək bacarığı;
Digər:
- Rayonlara ezamiyyət, tikinti sahələrinə yoxlamalara gedəcəyi üçün bəy namizədlərə üstünlük veriləcək.
- İş rejimi: 09:00-18:00 (5 günlük iş həftəsi).
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına mütənasib olaraq müəyyənləşdirilir.
Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını – “İnsan resursları üzrə aparıcı mütəxəssis” qeyd etməklə CV-lərini göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
700 — 1000 ₼
Korporativ Satış TəmsilçisiPRO CON izo Ofis meneceri/SMM vəzifəsi üzrə vakansiya elan edir. ...
İnsan resursları üzrə təcrübəçi (HR intern)
PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...
İnsan resursları üzrə kiçik mütəxəssis
GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
İR üzrə Direktor
SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...