Qısa məzmun
Emsa Food İnsan resursları və əməkhaqqı hesablamalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan dilini əla səviyyədə bilməli, rus dilini bilməsi arzu olunandır.
İş yeri: Bakı şəhəri
İşin təsviri: Insan Resursları və əmək haqqı ilə bağlı olan proseslərin icrası.
Vəzifə öhdəlikləri:
- Şirkət əməkdaşlarının əmək haqqıları və avanslarının hesablaması;
- Şirkətin Davamiyyət sisteminə nəzarət edilməsi və lazimi hesabatlılığın aparılması;
- İşdən azad olunan əməkdaşların son haqq-hesablanması;
- Əmək haqqı büdcəsinin müvafiq analizi və hesabatlılığının aparılması;
- Əmək haqqının hesablanması üçün tələb olunan sənədlərin qəbulu və sistemə daxil edilməsi;
- Xəstəlik kağızlarının doldurulması;
- Davamiyyət sisteminin idarə olunması və ona nəzarət;
- İş cədvəllərinin yoxlanılması və Maliyyə departamentinə təqdim edilməsi;
- İcbari və sağlamlıq sığortası proqramlarının idarə olunması;
- Aylıq və rüblük əsaslarla İR hesabatları hazırlamaq, hesabatların təhlilini aparmaq və təqdimatları hazırlamaq;
- Aidiyyatı digər funksiyaları icra etmək.
İş şəraiti:
- İş rejimi: I-V günlər, 09:00-18:00;
- Nahar yeməyi təmin edilir;
- Karyera yüksəlişi imkanı;
- İş yeri – İçəri şəhər metrostansiyanın yanı;
Tələblər:
- İnsan Resursları sahəsində iş təcrübəsi minimum 2-3 il;
- Azərbaycan dilini əla səviyyədə bilməli, rus dilini bilməsi arzu olunandır;
- Analitik düşünmə qabiliyyəti;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
- MS Office (xüsusilə Excel) proqramlarından mükəmməl istifadə etmək bacarığı 1C proqramını bilməsi arzuolunandır;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “İnsan resursları və əməkhaqqı hesablamalar üzrə mütəxəssis” yazaraq göndərilməsi xahiş olunur.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...