Tələblərimiz:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
- MS Office (MS Excel, MS Word, MS Outlook) və 1C proqramlarından sərbəst istifadə qabiliyyəti;
- AR Əmək Qanunvericiliyi üzrə biliklər və Elektron Hökumət portalından sərbəst istifadə qabiliyyəti;
- Azərbaycan dilində mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları. Rus dili biliyi olan namizədlərə üstünlük veriləcək;
- Aydın və səlis nitq;
- Fikrini düzgün şəkildə izahetmə qabiliyyəti;
- İş prosesində yarana biləcək mürəkkəb situasiyaları müstəqil şəkildə analiz və həll edə bilmə bacarığı;
- Səbrli, diqqətli, dəqiq və məsuliyyətli;
Əsas öhdəliklər:
- İşçilərin davamiyyət hesabatlarının hazırlanması;
- İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, intizam tənbehləri və digər bütün əməliyyatların qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməsi;
- Məzuniyyət cədvəlinin daimi nəzarətdə saxlanılması və işçilərin məzuniyyətlərindən istifadə etməsinin təmin edilməsi;
- İşə qəbul prosesinin aparılması (vakansiya elanının yerləşdirilməsi, daxil olan rezümelərin analizi və seçimi, müsahibələrin keçirilməsi);
- Elektron sistemə kadr hərəkətinə müvafiq olaraq bildirişlərin daxil edilməsi;
- Əmək haqqı kartlarının sifariş olunması;
- Əmək kitabçalarında müvafiq qeydlərin aparılması;
- Şəxsi işlərin qaydasında olmasının və lazımı sənədlərin müntəzəm yenilənməsinin təmin edilməsi;
- Kadr kargüzarlığına dair digər sənədləşmə proseslərinin aparılması;
- Şirkət daxilində ümumi informasiya xarakterli məktubların tərtib edilməsi və göndərilməsi;
- Sınaq və müqavilə müddətlərinin bitmə tarixlərinin qeydə alınması və müvafiq şəxslərə öncədən məlumatın verilməsi;
- Hər təqvim ayının sonunda əmək haqqı hesablamasının aparılması üçün müvafiq məlumatların 1C proqramına daxil edilməsi;
- İnsan Resurslarının idarə edilməsi və digər icra edilən işlər ilə əlaqədar rəhbərliyə hesabatların verilməsi;
- Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.
İş şəraiti:
- İş saatları (həftədə 40 saat): Bazar Ertəsi – Cümə günü, saat 09:00-18:00
- AR Əmək Qanunvericiliyinə uyğun olaraq rəsmləşdirilmə
- İl ərzində 30 gün ödənişli məzuniyyət hüququ
- Korporativ mobil nömrə
Necə müraciət etməli:
Xahiş olunur rezümenizi məktubun mövzu sətrində “İnsan resursları üzrə mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərəsiniz.
Son tarix – 25 may 2022-ci il.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...