İnsan Resursları üzrə Mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Sinteks Group of Companies İnsan Resursları üzrə Administrator vəzifəsi üzrə vakansiya elan edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda İnsan Resursları üzrə Mütəxəssis tələb olunur.

Vəzifənin rolu:

İnsan Resursları üzrə Mütəxəssisin rolu departamentin fəaliyyətinin administrativ bölməsinə dair sənəd prosesini təşkil etmək, işə qəbul, işdən çıxış və vəzifə dəyişikliyi ilə bağlı məlumatları müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq məlumat bazasına daxil etməkdir.

Vəzifə öhdəlikləri:

  • İşçilərin şəxsi qovluğu üçün sənədləri hazırlayır
  • Elektron Hökumət portalına və İR ERP sisteminə tələb olunan məlumatları daxil edir və yeniləyir
  • İşə qəbul, işdən çıxış və vəzifə dəyişikliklərinə dair sənədləri hazırlayır
  • İntizam tənbehinin tətbiqinə dair sənədləşmə aparır
  • Bank kartları və əmək kitabçalarını sifariş edir
  • İllik məzuniyyət planını hazırlayır
  • Məzuniyyətləri rəsmiləşdirir və “əmək qabliyyətinin olmaması” vərəqələrini toplayır və ERP sistemə daxil edir
  • Analıq məzuniyyəti və sosial ödənişlər üçün lazımi sənədləri hazırlayır və ERP sistemə daxil edir
  • Əmək haqqı prosesi ilə  bağlı məlumatları ERP sistemə daxil edir
  • İcbari Tibbi Sığorta ilə bağlı lazımi məlumatları İSB portalına daxil edir

Əsas tələblər:

Təhsil:

  • Biznesin İdarəedilməsi, İnsan Resurslarının İdarəedilməsi və ya müvafiq sahə üzrə Ali təhsil
  • İR Administrasiyası üzrə sertifikat

Təcrübə:

  • İR Administrasiyası üzrə ən az 2 il iş təcrübəsi

Professional biliklər:

  • İR Administrasiyası
  • Əmək qanunvericiliyi
  • MS Office və ERP Programları

Professional bacarıqlar və kompetensiyalar:

  • Ünsiyyət bacarıqları
  • Zamanın idarəolunması
  • Problem həll etmə
  • Məsuliyyət
  • Detallara diqqət

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

650₼
İnzibati işlər üzrə kiçik mütəxəssis

A - Group Insurance Company İnzibati işlər üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

A-Group Insurance Company

08.01.2025 - Bakı

Sənədləşmə üzrə Mütəxəssis

Mətanət A Şirkətlər Qrupu Sənədləşmə üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Matanat A

29.12.2024 - Bakı

700 — 800 ₼
Koorparativ satış üzrə mütəxəssis

AR-METİZ MMC şirkəti şurup istehsalı ilə məşğul olur və hal-hazırda Koorparativ satış üzrə mütəxəssis vakansiyası üzrə bəy və ya xanım işçi axt ...

AR-metiz MMC

27.12.2024 - Bakı

800₼
Qeydiyyatçı

Grand Motors Company Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...

Grand Motors

09.12.2024 - Bakı