Qısa məzmun
Xalq Həyat Sığorta Şirkəti ASC İnsan resursları və hüquq şöbəsinə hüquqşünas/böyük hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
İş qrafiki: 09:00 – 18:00 (bazar ertəsi – cümə)
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr.,22 L.
Öhdəliklər:
- Cəmiyyətin Müqavilələrinin hüquqi ekspertizasını həyata keçirmək;
- Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
- Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
- Sığorta məhsullarının hüquqi ekspertizasını həyata keçirmək;
- Cəmiyyətdaxili sənədlərin bir-biri ilə, o cümlədən AR mövcud qanunvericiliyi ilə düzgün və uyğun şəkildə tətbiq edilməsinə nəzarət etmək;
- Dövlət orqanları, hüquqi və fiziki şəxslərin sorğularının cavablandırılmasında iştirak etmək;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarət etmək;
- Təlimatın, qaydaların və prosedurların hazırlamasında iştirak etmək, ekspertizasını həyata keçirmək və rəy vermək;
- AR qanunvericiliyi ilə nəzərdə tutulmuş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;
Tələblər:
- Ali hüquq təhsili;
- MS Office proqramlarında işləmək bacarığı;
- Korporativ hüquq sahəsi üzrə ən azı 3 (üç) il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti (rus və ingilis dilləri arzu olunandır).
Qeyd: CV-lər azərbaycan dilində, “Xalq Həyat” Sığorta Şirkətinin saytında yerləşdirilmiş CV formasını doldurmaqla göndərilməlidir. Əks halda Tələblərə uyğun olmayan və mail-da mövzu qismində “İnsan resursları və hüquq şöbəsinə hüquqşünas/böyük hüquqşünas” qeyd olunmayan “CV”-lərə baxılmayacaq.
Oxşar vakansiya siyahısı:
PRO CON izo Ofis meneceri/SMM vəzifəsi üzrə vakansiya elan edir. ...
PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...
GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...