İnsan Resursları üzrə Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Bakelektro İnsan Resursları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəliyi: 

  • Əmək Məcəlləsinə, əsasnaməyə və rəhbərin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin, bütün növ məzuniyyətlərin, intizam tənbehlərinin və mükafatlandırılmaların vaxtında rəsmiləşdirilməsi və həyata keçirilməsinə nəzarət edilməsi;
  • Məlumatların Elektron Hökumət Portalına daxil edilməsi;
  • İşçilərin icbari sığortasının həyata keçirilməsi;
  • İşəqəbul prosesinin planlaşdırılması və işəgötürmənin təşkil edilməsi;
  • İşçi ehtiyacının müəyyən edilməsi;
  • Daxil olan CV-lərin dəyərləndirilməsi;
  • Uyğun namizədlərlə görüşlərin aparılması və onların dəyərləndirilməsi;
  • İş yerindən kənar təlim ehtiyaclarının müəyyən edilməsi və müvafiq olduğu təqdirdə təlim mənbələrinin tapılması və onun icrasının dəstəklənməsi;
  • İşçilərlə bağlı sənədləşmələrin aparılması üçün müvafiq proses və proseduraların hazırlanması və həyata keçirilməsi;
  • Yeni əməkdaşların işə adaptasiya dövründə düzgün istiqamətləndirilməsini, İnsan Resursları ilə koordinasiyasını və yaranan problemlərin həllini təmin etmək;
  • Əmək məhsuldarlığının təhlil edilməsi.

Bacarıqlar:

  • Ünsiyyət/təqdimat bacarıqları və əlaqələr qurmaq qabiliyyəti;
  • Təşkilatçılıq və vaxtı səmərəli idarəetmə bacarığı;
  • İşgüzarlıq;
  • Komandada işləmək bacarığı
  • MS Office proqramlarından (xüsusilə, Excel, Word, PowerPoit, 1C 8.3)  istifadə bacarıqları

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Menecment ixtisasları üzrə )
  • Sahə üzrə 2 il iş təcrübəsi
  • AR-nın Əmək məcəlləsini və qanunvericilikdəki dəyişiklikləri
  • MS Office kompüter proqramlarından sərbəst istifadə etmək bacarığı;
  • Dürüst və vicdanlı olmalı;

Təminatlar:

  • Əmək haqqı: 800 AZN ,Sınaqdan sonra 1000 AZN
  • Korporativ nömrə müəssisə tərəfindən qarşılanır
  • İş qrafiki 6 günlük iş həftəsi, şənbə günü qısa iş günü. Bazar günü istirahət

Vakansiyaya uyğun namizədlər  CV-lərini  “İR üzrə mütəxəssis  başlığı ilə e-mail ünvanına göndərə bilər.

Oxşar vakansiya siyahısı:

Əməyin mühafizəsi üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Dəmir Yolları QSC

18.11.2024 -

Direktor assistenti

Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

01.11.2024 - Bakı