Qısa məzmun
Elmanado MMC İnsan Resursları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat :
- Şəxsi işin hazırlanması üçün tələb olunan sənədlərin toplanılması ;
- Paket sənədləri hazırlayıb ye qəbul olmuş işçilərə imzlatadırılması ;
- Elektron hökumət portalında ( EMAİS )əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsi ;
- İşə qəbul haqda əmrin hazırlanması ;
- Müvafiq qeydiyyat kitablarında və ya kompüterdə – əmək müqavilələrin və əmrlərin qeydiyyatını aparmaq ;
- Əmək kitabçalarının yazılması və müvafiq jurnalda qeydiyyatların aparılması;
- İSB elektron portalında zəruri əməliyatların vaxtında icra olunması ;
- Əmək haqqı kartlarının sifariş verilməsi və əməkdaşlara təslim olunması ;
- Aylıq iş vaxtının uçot tabellərini hazırlayaraq mühasibatlığa təhvil verilməsi ;
- Əmək haqqı , məzuniyyət haqqı , mükafatların , ezamiyyə xərclərin və son haqq-hesab ödənişlərinin hesablanması üçün Mühasibatlıq şöbəsilə əlaqəli şəkildə fəaliyyət göstərib lazımı məlumatların təqdim etməsi ;
- Digər əmrlərin tərtibatı və rəsmiləşdirilməsi ( işdən azad , ezamiyyət , məzuniyyət , tənbeh , başqa vəzifəyə keçirmə ) ;
- İşçilər barədə məlumat bazasının yaradılması , yenilənməsi və dəyişikliklərin daxil edilməsi ;
- Əmək məzuniyyətlərinin verilməsi qaydaları və məzuniyyətlərin verilməsi üçün növbəlilik cədvəllərinin tərtib edilməsi ;
- İşçilərin davamiyyətini gündəlik nəzarət etmək və şöbə müdirinə davamiyyət haqda məlumat vermək ;
- İş saatı 09:00-dan 18:00-dək, həftənin 6 günü ;
- Nahar şirkət tərəfindən qarşılanır ;
- Əmək haqqı: 700 – 900 azn ( əmək haqqı namizədin bilik və bacarığına görə təyin olunacaq );
- Ünvan : Bakı şəhəri, Sabunçu rayonu Zabrat 2 dairəsinin yaxınlığında yerləşən ” ELMANADO ” Fabrikası
Namizədə tələblər :
- Cins : Xanım
- Yaş: 25-38
- Təhsili : Ali
- İnsan Resursları sahəsində ən azı 2 il iş təcrübəsi
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə biliklər
- Elektron hökümət portalında sərbəst istifadə bacarığı
- Microsoft Word, Excell, 1C proqramları üzrə biliklər
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV lərinizi hr@elmanado.az ünvanına və məktubun mövzusunu qeyd etməklə göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...