Qısa məzmun
Ə/h razılaşma yolu ilə. MKT İstehsalat Kommersiya MMC İnsan Resursları üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə funksiyaları:
- İşə qəbul edilən işçilərin müqavilələrin hazırlanması, şəxsi işlərinin hazırlanması;
- Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM bildirişlərinin Elektron informasiya sistemi (E-GOV) uyğun olaraq vaxtında daxil edilməsi;
- İşə qəbul, işdən azad, məzuniyyət və istehsalat əmrlərin hazırlanması;
- Tabelin cari ay üçün ilkin formasının hazılanması (işə qəbul, işdən azad, keçən aydan bu aya keçən məzuniyyətlər, növbəli işçilərin növbə axışının düzgünlüyü);
- Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
- İşçilərə illik məzuniyyətlərin verilməsi (əmrlərin düzgün tərtibi, uzatmalar, staj, işə başlama tarixlərinə nəzarət);
- Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması;
- İşdən azad olunan işçinin son haqq hesabı (iş günü, məzuniyyət və s.) ödənişini həyata keçirmək;
- Məşğulluq hesabatları (2İ, 3İ, 5İ) verilməsi;
- Sosial sığorta şəhadətnamələrinin sifarişi (ilkin və ya dublikat);
- İcbari sığorta müraciətlərinin vaxtında həyata keçirilməsi.
Tələblər:
- Ali təhsil;
- İnsan Resursları üzrə mütəxəssis olaraq minimum 3 illik iş təcrübəsi;
- Azərbaycan Respublikası Əmək Məcəlləsini bilməli;
- Kadr kargüzarlığının aparılmasına dair təlimatı bilmək;
- Microsoft Office proqramları bilikləri;
- Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
- 1C proqram biliyi arzu olunandır;
İş qrafiki: 5 günlük, I – V günlər 09:30-18:30,
Müraciət qaydaları: CV–ni Azərbaycan dilində hr@mktcotton.com elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “İnsan Resursları üzrə aparıcı mütəxəssis ” yazmaqla göndərilir.
Oxşar vakansiya siyahısı:
İnsan resursları üzrə təcrübəçi (HR intern)
PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...
İnsan resursları üzrə kiçik mütəxəssis
GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
İR üzrə Direktor
SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...