Qısa məzmun
Prior Leasing İnsan Resursları Şöbəsinin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə olan tələblər:
- Ali təhsil (İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
- İnsan resursları sahəsində təcrübə minimum 5 il;
- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini bilməli;
- İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
- İşə qəbul prosesinin əsas qaydalarını bilməli;
- Dil bilikləri: İngilis və Rus dilləri üstünlükdür.
Vəzifə öhdəlikləri:
- Şöbə daxilində olan bölmələrin işlərinə nəzarət və işlərinin planlaşdırılması;
- Bütün şöbələr üçün işə qəbul planının hazırlanması və şöbə müdirləri ilə lazım olduqda düzəlişlərin edilməsi;
- Daxili prosedurların yazılması və mövcud prosedurların ehtiyac olduğu halda günün tələblərinə uyğun dəyişdirilməsi;
- İR Şöbəsinin illik planının həyata keçirilməsinin koordinasiyası və nəzarəti;
- Vakansiyalara olan namizədlərlə görüşlərin keçirilməsi;
- Əməkhaqqı və vəzifə dəyişiklikləri iə əlaqədar sorğuların ilkin cavablandırılması və təstiqə göndərilməsi;
- Əmək müfəttişliyindən daxil olan sorğuların cavablandırılması;
- Əməkdaşların peşəkar səviyyələrinin artırılması məqsədilə təlim və tədris proseslərinin təşkilinin həyata keçirilməsi;
- Əməkdaşların məlumat bazasının hazırlanmasına və mütəmadi olaraq yenilənməsinə nəzarətin edilməsi;
- Şirkətdə mövcud vəzifələrə dair vəzifə təlimatlarının hazırlanması və yenilənməsi prosesinə dəstək;
- Kargüzarlıq işlərinin təhlil olunması və idarə olunması .
İş şərtlərimiz:
- Əmək haqqı: 2500 AZN;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- Çalışacağınız ünvan: Ziya Bünyadov 1965, “Çinar Park” Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə;
- Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları Şöbəsinin Rəhbəri” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...