İnsan Resursları üzrə Mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azertexnolayn LLC şirkətiİnsan Resursları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri:

  • İşçilərin şəxsi işlərini hazırlamaq, aidiyyəti şöbələrdən gələn hazır sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlamaq, əmək fəaliyyəti ilə bağlı dəyişiklikləri şəxsi işlərə əlavə etmək,
  • İşçilərin işə qəbul, vəzifə dəyişikliyi və işdən azad olunma proseslərini həyata keçirmək,
  • İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatını aparmaq, əmrləri tərtib etmək, növbəti il üçün məzuniyyət qrafikini təşkil etmək,
  • İşçilərin müqavilə müddətlərini nəzarətdə saxlamaq və dəyişiklik proseslərini icra etmək,
  • Ştat cədvəlinin və aylıq ştat əmrlərinin tərtib edilməsi,
  • İşçilərin icbari sığorta əməliyyatlarını müvafiq portalda icra etmək,
  • Mükafatlandırma prosesini yoxlamaq və icra etmək, ümumi əmrləri tərtib etmək,
  • Aidiyyatı üzrə dövlət qurumları ilə şirkət arasında qarşılıqlı əlaqələrin qurulması və əməkdaşlığın təşkilini həyata keçirmək (Məşğulluq mərkəzləri, Nazirliklər, Universitetlər, Peşə məktəbləri və s.),
  • Aylıq, rüblük və illik hesabatlarının hazırlanması, Şirkətə dəvət olunan əcnəbi işçilərin Miqrasiya işlərinin icrası (İş və müvəqqəti yaşamaq icazəsi, visa və digər icazələrin alınması prosesi)

Seçim meyarları:

  • İş təcrübəsi: Müvafiq sahədə minimum 3 il
  • Təhsili/ixtisası: Ali təhsil  (Menecment, İqtisadi sahələr üzrə üstünlükdür)
  • Bacarıqlar: MS office proqramları( yüksək səviyyədə)
  • Dil bilikləri: İngilis və Rus dili biliyi irəli səviyyədə bilmək
  • Fərdi keyfiyyətlər: Analitik düşünmə, analiz etmə qabiliyyəti, məlumat toplama və təhlil etmə, dəqiqlik, məsuliyyət, ünsiyyət qabiliyyəti, düzgün qərar vermə, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə)
  • Cins: Bəy namizədlərə üstünlük veriləcək.

İş şərtləri:

  • Struktur: İnsan Resursları Şöbəsi
  • İş rejimi: 5 gün 09:00 – 18:00
  • İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. Sumqayıt Kimya Sənaye Parkı

Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir.

Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini “İnsan Resursları üzrə mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur

Oxşar vakansiya siyahısı:

800₼
Təlim üzrə mütəxəssis

AzeriMed LLC Təlim üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

08.04.2025 - Bakı

700 — 1000 ₼
Korporativ Satış Təmsilçisi

PRO CON izo Ofis meneceri/SMM vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

04.04.2025 - Bakı

İnsan resursları üzrə təcrübəçi (HR intern)

PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

28.03.2025 - Bakı

İnsan resursları üzrə kiçik mütəxəssis

GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

GM Construction

28.03.2025 - Bakı

İR üzrə Direktor

SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...

Supertoys

13.03.2025 - Bakı