İnsan Resursları kiçik mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. A+Co MMC Regionlar üzrə İnsan Resursları kiçik mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Rus və ingilis dil bilikləri arzuolunandır.

Ümumi tələblər:

  • Müvafiq ali təhsil;
  • Göstərilən vəzifə üzrə ən azı 1 il iş təcrübəsi;
  • Yaş həddi: 22-30;
  • MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarında işləmə bacarığı;
  • AR Əmək qanunvericiliyi biliyi və Elektorn Hökumət portalı ilə işləmə bacarığı;
  • Regionlara ezamiyəyə açıq olmaq;
  • Rus və ingilis dil bilikləri arzuolunandır.

Vəzifə öhdəlikləri:

  • Regionlar üzrə işə qəbul prossesini həyata keçirmək;
  • Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin daxil edilməsi, sosial sığorta kartlarının açılmasını təmin etmək;
  • İşçilərin şəxsi işlərini formalaşdırmaq;
  • Əmək kitabçalarına qeydiyyat aparmaq;
  • İşçilərin icbari sığortasını həyata keçirmək;
  • Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək;
  • İş vaxtı uçotunun aparılması və lazımi sənədlərin əmək haqqı hesablanması üçün təqdim etmək;
  • Departament Direktoru və ya Şöbə müdiri tərəfindən verilmiş aidiyyatı hesabatları vaxtında təqdim etmək.

Şəxsi keyfiyyətlər:

  • Məsuliyyətlilik, diqqətcillik, inkişafa meyillilik;
  • Ünsiyyət qurma və komanda ilə işləmə bacarığı.

İş şəraiti:

  • İş yeri: Xırdalan şəhəri
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
  • Nahar Şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı namizədin bilik və bacarığına uyğun müsahibə əsasında müəyyən olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Regionlar üzrə İnsan Resursları kiçik mütəxəssisi” yazaraq hr@aplusco.az ünvanına göndərilməsi xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Əməyin mühafizəsi üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Dəmir Yolları QSC

18.11.2024 -

Direktor assistenti

Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

01.11.2024 - Bakı