Qısa məzmun
Ə/h 600-800 AZN. ATEF Şirkətlər Qrupu MMC İnsan resursları üzrə mütəxəssis vəzifə üzrə vakansiya elan edir. İngilis və rus dillərində bilməli
İş barədə məlumat:
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin, vəzifə təlimatlarının hazırlanması, elektron
- Hökumət Portalına daxil edilməsi, sosial sığorta şəhadətnamələrinin sifariş olunması
- Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərinin tərtib edilməsi
- Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və dövlət orqanlarına təqdim olunması
- İşçilərin icbari sığortasının həyata keçirilməsi
- Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması
- İşçilərin davamiyyət uçotunun aparılması
- İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi
- İnsan resursları departamentinə aidiyyəti hesabatları tərtib edilməsi və təqdim edilməsi
İş şəraiti:
- Tam sosial təminat (məzuniyyət və s.)
- 5 günlük iş həftəsi
- Nahar fasiləsi: 12:00-dan 13:00-dək
- Nahar müəssisə tərəfindən təmin edilir
Namizədə tələblər:
- Cinsi: Kişi
- Təhsili : Ali
- Əmək qanunvericiliyi ilə bağlı mükəmməl bilik və iş təcrübəsi
- Azərbaycan dilində səlis, ingilis və rus dillərində yüksək yazılı və şifahi ünsiyyət qabiliyyəti
- Elektron hökümət portalında sərbəst istifadə bacarığı
- Microsoft Office proqramlarında sərbəst istifadə bacarığı
- Analitik təhlil bacarığı və qərar qəbuletmə qabiliyyəti
- İnnovativlik və yaradıcılıq bacarığı
- Vaxtın səmərəli idarə olunması bacarığı
- İR Departamentinin fəaliyyət istiqamətləri və funksiyaları haqqında biliklər
- Namizədin şəxsi keyfiyyətləri
- Fikrini izah etmək qabiliyyəti
- Ezamiyyə imkanları
- Ünsiyyət yaratmaq bacarığı
- İşə planlı yanaşması
- Fəal olması və komandada işləmək bacarığı
Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@atef.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “İnsan Resursları üzrə Mütəxəssis” Mövzu bölməsində göstərin.
Oxşar vakansiya siyahısı:
İnsan resursları üzrə təcrübəçi (HR intern)
PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...
İnsan resursları üzrə kiçik mütəxəssis
GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
İR üzrə Direktor
SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...