Qısa məzmun
Baku Business Consulting” MMC İnsan Resursları üzrə mütəxəssis vakansiyası elan edir.
“Baku Business Consulting” MMC İnsan Resursları üzrə mütəxəssis vakansiyası elan edir.
Namizədə tələblər:
- Ali təhsil;
- Yaş həddi: 25-30;
- Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
- MS Excel, MS Word, MS Outlook – sərbəst istifadə qabiliyyəti, 1C proqram təminatı üzrə biliklər;
- AR Əmək Qanunvericiliyi üzrə biliklər və Elektron Hökumət portalından sərbəst istifadə qabiliyyəti;
- Dəqiq və məsuliyyətli çalışmaq
Vəzifə öhdəlikləri:
- E-gov portalında əməliyyatların icra edilməsi, elektron sistemə kadr hərəkətinə müvafiq olaraq bildirişlərin daxil edilməsi;
- Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması və müvafiq sənədləşmənin təşkil edilməsi;
- Əmək haqqı kartlarının sifariş olunması;
- Əmək kitabçalarında vəzifə dəyişikliyi və kadr hərəkətinə müvafiq olaraq qeydlərin aparılması;
- Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət edilməsi;
- Kadr kargüzarlığına dair sair sənədləşmələrin aparılmasının təmin edilməsi;
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi tarana@bakubusinessconsulting.com elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində “İnsan resursları üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...