İnsan Resursları üzrə Mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 700 AZN. BSC Consulting & Outsourcing Company İnsan Resursları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə və öhdəlikləri:

  • Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi, işçinin vəzifədə irəli çəkilməsi, mükafatlandırılması, o cümlədən qiymətləndirilməsi ilə bağlı prosedurları yerinə yetirir;
  • İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işləyir, lazımi dəyişiklikləri daxil edir;
  • İşçilərin şəxsi işlərini formalaşdırır və qeydiyyatını aparır; əmək kitabçaları əmrlər əsasında doldurur;
  • Kadrların seçilməsində və ştat cədvəlinə əsasən düzgün yerləşdirilməsində bilavasitə iştirak edir;
  • Məzuniyyət qrafikininin və cədvəlininin tərtibini, işçilərin məzuniyyətə həmin cədvəl və qrafik əsasında getmələrini; işçilərin istifadə etdiyi məzuniyyətləri uçota alınmasını təmin edir.
  • İş fəaliyyəti ilə bağlı vaxtaşırı birbaşa rəhbərə hesabat hazırlayıb təqdim edir; Kadrlar üzrə hesabatları tərtib edir.
  • Vakansiyalar ilə bağlı iş elanlarının yerləşdirilməsi, müsahibələrin keçirilməsi; Əmək qanunvericiliyinə, nizamnamə və təlimatlara əsasən işçilərin işə qəbulu.Yeni işçilər üçün adaptasiya proqramının həyata keçirilməsi.
  • Qanunvericilikdən irəli gələn digər işləri yerinə yetirir.
  • Kadr sənədləşməsinə mütəmadi nəzarət.

O cümlədən,

  • Şirkətin fəaliyyəti ilə əlaqədar bütün sənədlərin (qərarlar, əmrlər, direktivlər, əsasnamələr, prosedurlar və s.) icra edilməzdən əvvəl
  • quqauyğun olub-olmamasını yoxlayır və tələb olunduqda, öz razılığını ifadə edir (sənədlərin müvafiq yerlərində imza etməklə);
  • Pozuntu hallarının aradan qaldırılması məqsədi ilə rəhbərliklə birlikdə qanuni addımların atılmasını təmin edir;
  • Şirkətin fəaliyyəti ilə əlaqədar hüquqi şəxs(lər)in dövlət qeydiyyatı, yenidən təşkili və ləğvinə dair sənədlər paketini hazırlayır və icra
  • ir;
  • Şirkətin qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə mübahisəli halların (iddiaların) məhkəmədən qabaq həlli üçün tələb olunan sənədləri hazırlayır, onların digər tərəfə təqdim olunmasını təmin edir, arzuolunan nəticələrin əldə edilməsi üçün digər hüquq-müdafiə vasitələrindən istifadə edir;
  •  Müqavilələr və digər hüquqi sənədlərin qüvvədə olan qanunvericiliyə və şirkətin siyasətinə uyğun olmasını təmin etmək üçün onları nəzərdən keçirir.

Tələb olunan xüsusiyyətlər

  • Ali təhsil;
  • İnsan resursları/hüquq sahəsində ən azı 3 il iş təcrübəsi;
  • AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
  • Əla səviyyədə kompüter bacarıqları (MS Word, Excel, İnternet və s.).
  • Güclü ünsiyyət və danışıq qabiliyyəti;
  • Azərbaycan, Rus dillərini mükəmməl bilməli, İngilis dilin bilməyi arzuolunandır.
  • Komandada işləmək bacarığı;
  • Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı.

Həftə içi 5 gün. 09:00-18:00
6-cı günlər 09:00-13:00
Əmək Haqqı : 700 AZN

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini hr@bsc-group.az elektron ünvanına Subject/Mövzu hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” qeyd etməklə göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

650₼
İnzibati işlər üzrə kiçik mütəxəssis

A - Group Insurance Company İnzibati işlər üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

A-Group Insurance Company

08.01.2025 - Bakı

Sənədləşmə üzrə Mütəxəssis

Mətanət A Şirkətlər Qrupu Sənədləşmə üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Matanat A

29.12.2024 - Bakı

700 — 800 ₼
Koorparativ satış üzrə mütəxəssis

AR-METİZ MMC şirkəti şurup istehsalı ilə məşğul olur və hal-hazırda Koorparativ satış üzrə mütəxəssis vakansiyası üzrə bəy və ya xanım işçi axt ...

AR-metiz MMC

27.12.2024 - Bakı

800₼
Qeydiyyatçı

Grand Motors Company Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...

Grand Motors

09.12.2024 - Bakı