Qısa məzmun
Ə/h 1000-1500 AZN. Delüks-Kamin MMC İnsan Resursları mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan, rus dillərini bilməlidir.
Tələblər:
- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
- İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
- İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
- Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
- Menecment, psixologiya, hüquq və ya insan resursları sahəsində ali təhsil;
- Azərbaycan, rus dillərini bilməli;
- MS Office proqramlarını, xüsusilə MS Excel proqramını yaxşı səviyyədə bilməli;
- İnsan resursları sahəsində azı 5 il iş təcrübəsi;
İş barədə məlumat:
- HR strategiyasının hazırlanması, izlənməsi və inkişaf etdirilməsi;
- Kadr tələbinin planlaşdırılması;
- Vəzifə təlimatlarının hazırlanması;
- Vəzifələr üzrə kvalifikasiya və səriştəlik tələblərinin müəyyən edilməsi;
- Vakansiyaların elan edilməsi və namizədlərin seçilməsi;
- İşə qəbul və oriyentasiya planının hazırlanması və proseslərinin idarə olunması;
- Kadr bazasının yaradılması;
- Şirkət daxili prosedurların hazırlanması;
- İşçilərin təlim və motivasiya ehtiyaclarının müəyyən olunması;
- Təlimlərin planlaşdırılması, həyata keçirilməsində təşkilatı işlərin idarə olunması;
- Xidməti fəaliyyətin qiymətləndirilməsi sisteminin qurulması, həyata keçirilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin, vəzifə təlimatlarının hazırlanması, elektron Hökumət Portalına daxil edilməsi, social sığorta şəhadətnamələrinin sifariş olunması;
- Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərinin tərtib edilməsi.
- Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və dövlət orqanlarına təqdim olunması;
- Sosial müavinətlərin hesablanması;
- İşçilərin icbari sığortasının həyata keçirilməsi;
- Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
- İşçilərin davamiyyət uçotunun aparılaması;
- İşçilər barədə hesabatların tərtib edilməsi, işçi axıcılığı və səbəblərinin müəyyənləşdirmək, axıcılığın aradan qaldırılması üçün tədbirlər hazırlamaq və həyata keçirtmək;
- İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
- İnsan resursları departamentinə aidiyyəti hesabatları tərtib edilməsi və təqdim edilməsi;
Əmək haqqı 1000-1500 manat (təcrübəyə görə dəyişir)
Müraciət üçün
– hr@deluxekamin.com ünvanına mail ile CV göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...