Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Para BOKT İnsan Resursları sektorunun müdiri vəzifəsi üzrə vakansiya elan edir. Səlis azərbaycan, rus dili və ingilis dili bacarığı olmalıdır.
Şəxsi keyfiyyətlər:
- Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
- Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
- Hesabatın hazırlanması və yazışma bacarığı;
- Yüksək darəcədə analitik, yaradıcılıq, təşəbbüskarlıq və tədqiqat apara bilmə qabiliyyəti;
- Menecerlik və komanda ilə işləmə və o cümlədən departament daxilində qərar qəbul etmə qabiliyyəti;
- Ünsiyyət qurabilmə qabiliyyəti;
- Etikalı olmaq;
Peşəkar tələblər:
- Humanitar və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;
- Azərbaycan Respublikasının müvafiq qanunlarını,Əmək Məcəlləsini,Mərkəzi Bankın təlimatlarını bilməsi;
- İnsan Resursları işinin idarəolunması üzrə bacarıqlara malik olması;
- Iki illik yüksək rütbəli vəzifədə qazanılmış təcrübə də daxil olmaqla, bu sahədə bütövlükdə minimum dörd illik təcrübəyə malik olması;
- Departament işlərini planlaşdırma bacarığına malik olması;
Vəzifə öhdəlikləri:
- İnsan Resursları Departamentinin işinin təşkili və idarə edilməsi planlarını və siyasətini inkişaf etdirir;
- Strateji planın hazırlanması və icrası;
- Təşilatın məqsəd və vəzifələrinin həyata keçirilməsi üçün kadr tələblərinin müəyyən edilməsi;
- İnsan Resurslarının idarə edilməsilə əlaqəli daxili prosedurların hazırlanması və icrasına nəzarət;
- İR planının hazırlanması və məqsədlərin həyata keçirilməsi üçün İRK-nin yaradılması;
- Təşkilatın tələblərini yerinə yetirmək üçün vaxtında və məhsuldar yolla müvafiq işçiləri cəlb etmək;
- Baza əmək haqqı sisteminin yaradılması;
- İşə götürmə qaydalarının yaradılması, ( işə qəbul CV-lərinin toplanılmasına nəzarət, testlərin hazırlanması, müsahibənin təşkili işə qəbul zamanı əmək kitabçalarının açılmasına və əmək müqaviləsinin bağlanmasına nəzarət);
- İş təhlilinin aparılması və vəzifə təlimatlarının hazırlanması;
- Vəzifələr üzrə əsas iş funksiyalarının müəyyən edilməsi və sənədləşdirilməsi;
- Təşkilatın tələbinə uyğun işə götürmə meyarlarının müəyyən olunması;
- Potensial namizədləri müəyyənləşdirmək məqsədilə daxili işçi heyətinin, əmək bazarının qiymətləndirilməsi və işə götürmə agentlikləri ilə əlaqələrin yaradılması;
- Bankı potensial namizədlərə ən yaxşı iş yeri kimi tanıtmaq və təbliğ etmək strategiyanın hazırlanması və icrası;
- Yeni işçilər üçün tanışlıq/oriyentasiya prosesinin, o cümlədən xidməti fəaliyyətin qiymətləndirməsi təhlili standartlarının hazırlanması, inkişaf etdirilməsi və/və ya tətbiq edilməsi;
- Təşkilatın məqsədlərinə nail olmaq üçün lazım olan bilik və bacarıqları inkişaf etdirmək, iş zamanı çıxan problemlərinin həllinə kömək göstərmək;
- Yüksək göstəriciləri olan işçilərin bankda qalmasını nizamlayan, bankın məqsədlərinə nail olmasını dəstəkləyən və yüksək effektivliyi təmin edən müavinat və mükafatlar sistemini yaratmaq;
- Müvafiq dərəcə və yüksəlmə strukturuna əsasən işçilərin mükafatlandırılması üçün bank üzrə mükafatlandırma proqramlarının yaradılması və həyata keçirilməsi;
- Maliyyə və qeyri-maliyyə meyarlar əsasında həvəsləndirici mükafatlandırma proqramlarının tərtib edilməsi və həyata keçirilməsi;
- Departament nəzdində fəaliyyət göstərən şöbələrin işinə birbaşa nəzarət etmək və cavabdehlik daşımaq;
- İş yerində stimullaşdırma yaratmaq məqsədilə işçilər üçün həvəsləndirici mükafatların müəyyən edilməsi;
- İşdən azad etmə və vəzifə dəyişmənin işçilərə olan neqativ təsirini nəzərə alaraq onun peşəkar, ədalətli və işçiyə və kollektivə mümkün qədər az təsir göstərən idarə olunması ƏM çərçivəsində təmin edilməlidir;
- İR idarə edilməsi ilə əlaqədar informasiyanın effektiv və dəqiq təmin və emal edilməsinə, başqa biznes sistemləri və prosesləri ilə bütövlük təşkil etməsinə nail olma;
- İşçilər üçün Təlimat Kitabçası, Etik davranış Məcəlləsi yazıb həyata keçirir;
CV-ləri İnsan Resursları departamentinin direktoru mövzusu ilə vakansiya@parabokt.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...