Qısa məzmun
Khazar University Dunya IB School şirkəti İnsan Resursları üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali təhsil
- İnsan resursları sahəsində ən azı 3 il iş təcrübəsi
- AR Əmək Qanunvericiliyi üzrə biliklər və Elektron Hökumət portalından sərbəst işləmək bacarığı
- İnsan resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər
- İşə qəbul sahəsində iş təcrübəsi
- Yüksək səviyyədə Azərbaycan, Rus və Ingilis dili biliyi
Vəzifə öhdəlikləri:
- Əməkdaşların işə qəbulu, işdən azad edilməsi və bir işdən başqa işə keçirilməsi, iş vaxtının uçotunun aparılması ilə bağlı əməliyyatların yerinə yetirilməsini təşkil etmək
- Qanunvericiliyə uyğun olaraq məzuniyyət cədvəllərinin tərtib olunması, əməkdaşlara məzuniyyət verilməsi habelə onların ezamiyyətə göndərilməsi ilə bağlı rəsmiləşdirilməni və qeydiyyatının aparılmasını təşkil etmək
- İşçilərin müvafiq məlumatlarının və kadr inzibatçılığı ilə bağlı əməliyyatlarının “Elektron hökumət” portalında işlənilməsi
- Müəyyən olunmuş dövrlər üzrə insan resurslarının inkişafı və idarə edilməsinə dair strategiyalar, proqramlar, təşkilati-sərəncam və digər sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək və təsdiq edildikdən sonra onların həyata keçirilməsini təmin etmək
- İnsan resursları fəaliyyəti ilə bağlı statistik hesabatları tərtib edir və aidiyyəti üzrə təqdim etmək
- İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və aidiyyəti üzrə təqdim etmək
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində vakansiyanın adını “İnsan Resursları üzrə Aparıcı Mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...